Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Üç Qardaş Bakıda: Azərbaycan, Türkiyə və Pakistan üçbucağı...

Bir neçə il əvvəlki sıx dumanlı atmosferlə müqayisədə, Türkiyə, Azərbaycan və Pakistan əsgərlərinin birgə təlimi yeni bir perspektivə işarə edir...

Selçuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 16 sentyabr 2021-ci il

Azərbaycanda “Üç Qardaş - 2021” hərbi təlimləri davam edir. Türkiyə, Azərbaycan və Pakistan əsgərlərinin iştirakı ilə həyata keçirilən bu təlimə II Qarabağ müharibəsindəki qələbənin uzunmüddətli təsirləri üzərindən baxmaq lazımdır. Düz 1 il əvvəl başlayan ikinci müharibə zamanı Pakistan və Əfqanıstan dövlətləri Azərbaycan və Türkiyənin yanında oldular. Azərbaycan ordusu bu müharibədə böyük uğur qazandı və onilliklər boyu tarixi keçmişi olan regional problemlərin həllinə böyük töhfə verdi. Bütün Cənubi Qafqaza və Anadoluya təsirini nəzərə alaraq regional problemlərin həllini qiymətləndirdiyimiz zaman bu zəfərin dəyəri bir az da artdı. Lakin Pakistan və Əfqanıstanın birbaşa Azərbaycanın tərəfində olması çox geniş bir sahədə zəfərə dərinlik qazandırdı. Bakı Avropanın mərkəzində, demək olar ki, Türküstandan Hind Okeanına qədər uzanan bir ərazidə yerləşirdi. “Üç Qardaş - 2021” təlimi bu dəyişikliyin möhkəm təməllərə əsaslandığını göstərmək baxımından çox əhəmiyyətlidir.

Bir neçə il əvvəl İraqın şimalından başlayaraq Suriyanın şimalından Şərqi Aralıq dənizinə qədər uzanan xətt üzərində bir terror dəhlizi quruldu. Aralıq dənizini əhatə edən İslam ölkələrini yeni bir həll yoluna gətirmək baxımından, Liviyadakı proseslər və Qafqazdan Şərqi Aralıq dənizinə qədər uzanan terror dəhlizi bir-biri ilə əlaqəli idi. Aralıq dənizinin şərq hissəsində Xəzərə qədər uzanan bir xəttdə Fransa və ABŞ-ın qeyd-şərtsiz hakimiyyəti qurulacaqdı. 15 İyuldan sonra Türkiyə Suriya siyasətində çox fərqli bir mövqe tutdu və xüsusilə ABŞ-ın rəhbərlik etdiyi quruluşun bölgəyə olan təsirini pozmağa başladı. 15 İyuldan sonra Türkiyənin yenilənməsi ilə bağlı daha ətraflı araşdırmalara ehtiyac olduğu aydındır. Amma Türkiyə üçün bu bölgənin son müqavimət xətti olduğuna heç bir şübhə yoxdur. Əslində, Suriyanın şimalında inşa edilən terror dəhlizini qırmaq üçün edilən bu müdaxiləyə qeyri-adi bir reaksiya verildi. Koridor quranlar Türkiyənin nə etmək istədiyini başa düşdülər. İndiki vaxtda Suriyanın şimalında inşa edilməsi gözlənilən ərazi üçün federasiya məsələsini gündəmə gətirənlər, sanki, 15 İyuldan əvvəlki dönəmə qayıtmaq istəyirlər.

ABŞ-ın Əfqanıstanı tərk etməsi uzun müddət gündəmdə qalacaq. Bu hadisəni türk və İslam coğrafiyasının işğal siyasətinin sona çatması baxımından nəzərdən keçirsək, onu bir dövrün sonu kimi qəbul edə bilərik. 1991-ci ildə başlayan dövr 2021-ci ildə sona çatdı. 30 il müasir dövrdə çox uzun bir müddətdir. ABŞ-ın Əfqanıstandan geri çəkilməsinin müttəfiqləri tək buraxmaq mənasına gəldiyini düşünənlər də çoxdur. Türkiyə ABŞ-ın təsiri altında olan bütün strukturlara qarşı mübarizə apardı və qalib gəldi. Bu uğurda qardaş Azərbaycanın rolu haqqında düşünməliyik. Bakı indi həqiqi mənada yeni bir mərkəzdir.

Bir neçə il əvvəlki sıx dumanlı atmosferlə müqayisədə, Türkiyə, Azərbaycan və Pakistan əsgərlərinin birgə təlimi yeni bir perspektivə işarə edir. Əfqanıstanın bir müddət sonra bu cür işlərə qarışacağını deyə bilərik. Ötən ilin bu vaxtı Əfqanıstanın İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyi önəmsiz hesab edənlər oldu. Görünür, onlar da yanılmayıblar. Ancaq davamlılıq təmin edildikdə şərtlər qısa müddətdə sürətlə dəyişəcək. Hansı ki, bir il əvvəl ABŞ faktoru olmadan Türküstan, İran, Əfqanıstan və Pakistan haqqında danışmaq mümkün deyildi.

Aydındır ki, Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan və Türküstan baxımından bu günkü siyasi və hərbi dəyişikliklərin intellektual əsası da düşünülməlidir. Müxalifətdəki siyasi aktyorların, həmçinin media və akademiyadakı şəxslərin həm bu günkü yeniliklə, həm də intellektual əsaslarla maraqlandığını deyə bilmərik. Baş verənləri anlamamaq da laqeydliyi artırır. Təxminən bir əsr boyunca coğrafiyadan uzaq qalmağın nəticələrini yaşayırıq. Ancaq təəssüf ki, laqeydliyi tək bununla izah edə bilmərik. Keçmişdə qoyulan təməllərə qarşı yaradılmış düşmənçiliyi də qeyd etmək lazımdır.

Təəssüf ki, keçmişdə də bu qədər geniş bir coğrafiyanı əhatə edəcək perspektivimiz yox idi. Vəziyyəti görmək qabiliyyəti keçmişdə də böyük bir problem idi. Bu səbəbdən, bütöv bir coğrafiyanı öz şəxsiyyətində birləşdirə bilən müstəsna fərdlərin fəaliyyətlərinə və əsərlərinə yenidən baxmaq çox vacibdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

Futbol matçında insident: Qapıçı buraxılan qola görə komanda yoldaşını döyüb  

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

Ən çox oxunanalar