Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyanın dirilişi və Türkiyənin bölgədəki yanlış siyasəti...

Əslində, ilk və ən böyük separatçı hərəkatı başlayan, müstəmləkə və talan yönümlü bölüşdürmə və fəth layihələrinin ideoloji infrastrukturunu hazırlayan Qərb arxeoloqlarıdır...

Mehmet Yuva
“Aydınlık” qəzeti, Türkiyə, 15 sentyabr 2021-ci il

Onilliklər boyu “Mesopotamiya, Anadolu, Misir, Yunanıstan və Roma mədəniyyətlərin coğrafiyasıdır”, şüarı ilə yetişən nəsillər Dəməşq regionunun (Suriya) adını, nüfuzunu və əhəmiyyətini ya heç eşitməyib, ya da nadir hallarda eşidiblər. Suriyanın bu adı çəkilən sivilizasiyaların əsas gövdəsini təşkil edən ağac olduğunu gizlədiblər. Suriyada aparılan arxeoloji tədqiqatlar Almaniya, Fransa, İngiltərə, ABŞ, İsrail tərəfindən işğal yolu ilə qarət və müstəmləkəçilik məqsədləri üçün istismar vasitəsinə çevrilib. Tövrat da bu məqsədlər üçün təhrif edilib. Şumerlərlə başlayan tarixi yanlışlığı dövriyyəyə buraxıblar. Daha sonra şumerləri öz mənşəyindən, mühitindən və dil ailəsindən təcrid edərək dili, mədəniyyəti, tarixi birliyi və davamlılığı olan Yəmən, Oman, Hindistan, Suriya, Anadolu, Pars-Fars (İran), Misir, Yunan və Roma sivilizasiyalarını təcrid edərək, fərqli irqlərə, dillərə, mədəni və tarixi quruluşlara ayırıblar.

Kökləri eyni olsa da, bu mədəniyyətlər bir-birilərindən planetlər qədər uzaqdadırlar. Samilər, Hind-Avropa, Ari və buna bənzər elmi əsası olmayan ixtiyari terminlər istehsal ediblər. Əslində, ilk və ən böyük separatçı hərəkatı başlayan, müstəmləkə və talan yönümlü bölüşdürmə və fəth layihələrinin ideoloji infrastrukturunu hazırlayan Qərb arxeoloqlarıdır. Bu cəfəngiyatları elmi həqiqət kimi sorğulamayan və cəmiyyətlərinə ötürən yerli təqlidçilər ən azı Qərbin yalançıları qədər günahkardırlar. “Tarixdə heç vaxt Suriya dövləti olmamışdı”, deyənlərə cavab olaraq bu mövzunu da daxil etdik.

Misir Suriyadan ayrı deyil

Misirin qədim və yeni tarixi Suriyadan ayrı deyil. Nil deltası coğrafiyasında qurulan şəhərlər və sülalələr, Nil deltasında (Misir) mövcudluğuna son qoyan Əməvi Sünnəti və Əl-Əzhər kompleksini quran Əli Şiəsinə mənsub fatimilər də suriyalılardır. Qahirə şəhərinin əsasını qoyanlar da onlardır. Dəməşqin və Anadolu coğrafiyasının strateji əhəmiyyətini və dəyərini bilən Misir mümkün olan hər şəkildə əsas torpaqlara hakim olmağa çalışdı. Çünki Anadoluda məskunlaşan Hitti oğulları da Dəməşqin işğal etdiyi mərkəzi mövqedən xəbərdar idilər və bu yerlərə hakim olmaq üçün Nil deltasından və İraqdan gələnlərlə daim toqquşurdular.

Bu mərkəzi coğrafiyada Amur, Assur, Akkad, Babil, Fars, Yunan-Makedoniya, Selevkiya, Roma, Bizans, Əməvilər, Abbasilər, Məmlüklər, Osmanlılar, ingilislər, fransızlar, italyanlar, almanlar, ruslar, amerikalılar, çinlilər və daha çoxları parlayıb, parlayacaqlar və ya məğlub olub, tarixin tozlu rəflərinə gedəcəklər. Tarixdə dəfələrlə Nil deltasının (Misir) vətəni Dəməşqdən (Suriya) ayırmağa çalışdılar. Birinci Dünya Müharibəsində Dəməşq əyaləti olan Qüdsü (Fələstin) Suriyadan ayıraraq əldə etdilər. Misir ilə Suriya arasındakı coğrafi əlaqəni kəsdilər. Fələstində sionist bir yəhudi dövləti quraraq Misirlə Suriya arasına bir kəmər kimi girdilər.

Misir xalqı düşmənliyi bağışlamadı

Fələstini işğal edərək Misir və Suriyanın coğrafi birliyinin qarşısını alanlar 1958-ci ildə əfsanəvi Misir ərəb lideri Camal Əbdülnasir və Suriya lideri Şükrü Qüvvətlinin imzası ilə qurulan Birləşmiş Ərəb Respublikasını (Misir-Suriya siyasi birliyi) 1961-ci ildə parçalayaraq ikinci dəfə uğur qazandılar. “Müsəlman Qardaşları”nı Misirə hakim təyin etməklə son zərbəni də endirdilər. Bu dəfə Suriyanın qədim düşmənləri Misirdəki yeni müttəfiqləri vasitəsilə Dəməşqə hücum etdilər. Ana-uşaq kimi olan Misir-Suriya münasibətlərini qana buladılar. Yeni hökumət olan “Müsəlman Qardaşları” Təşkilatı NATO, müstəmləkəçi Qərb dövlətləri, ABŞ və İsrail tərəfindən terrora məruz qoyan Suriyanın deyil, digərlərinin tərəfini tutdu. Misir xalqı bu düşmən rəftarı bağışlamadı və milyonlarla insan “Müsəlman Qardaşları” Təşkilatına qarşı küçələrə axışdı. Təbii ki, bu etirazlar təkcə Suriya ilə bağlı deyildi, Dəməşqə olan düşmənçilik Misirin tarixinə, mədəniyyətinə, dil birliyinə, ərəb mənşəyinə xəyanət kimi qəbul edildi.

Əsədin zəfərini qəbul etdilər

Ötən həftə Misir, Suriya, Livan və İordaniyanın Neft və Energetika nazirləri İordaniyanın paytaxtı Omanda toplaşıblar. Misirin təbii qazının və neftinin İordaniya, Suriya və Livana nəqli üçün müqavilə imzaladıblar. Qahirə Livana çatan Misir təbii qazı və neftinin Suriya ərazisindən keçməsi müqabilində, Suriyaya pulsuz qaz və neft verəcək. Bü müqavilə ilə Misir, Tunis, Əlcəzair, Mavritaniya, Mərakeş, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, Yəmən və Livan Əsədin Suriyada qələbə qazandığını qəbul etdi. Sonrakı yerdə isə Səudiyyə sülaləsi dayanır.

2011-ci ildən əvvəl Suriya, Türkiyəni ərəb dünyasına, zəngin bazarlara çıxarıb, ixracatında partlayışa səbəb olub. Həmin vaxt bölgədə böyümək, tərəqqi, əmin-amanlıq, sülh və təhlükəsizlik sahəsindəki ən sabit dövrlərdən biri olmuşdu. Ərdoğan bu şəkildə siyasi həyatının ən şərəfli, ən parlaq və güclü dövrünü yaşayırdı. 2011-ci ildən sonra Qərb dövlətləri Suriyaya qarşı tarixi soyqırım, işğal, talan, və terror dövlətləri və onların legionerləri ilə birgə ortaq cəbhə yaratdılar. Bu mənzərəyə baxmayaraq, Hulusi Akar hələ də: “ABŞ YPG-PKK ilə deyil, bizimlə hərəkət etməlidir”, deyir.

Ciddi səhv

Akar: “Prezidentimizin rəhbərliyi altında beynəlxalq münasibətlərdə ciddi bir mövzuya çevrilən, təsir və maraq dairəsi gündən-günə genişlənən ölkəmiz regional bir gücdür. Türkiyə öz bölgəsində ABŞ üçün güclü, təsirli və etibarlı bir müttəfiqdir. ABŞ Yaxın Şərqdə olacaqsa, Türkiyə ilə əməkdaşlıq etməlidir. Biz ABŞ-ın bölgədə əməkdaşlıq edəcəyi ölkəyik. 2011-ci ildən bəri ABŞ-la və bütün müttəfiqlərimizlə, xüsusən də Suriyada əməkdaşlıq etmək istədik”, deyib. Akar bu ağır və tragikomik açıqlaması ilə, Türkiyənin düşməni olan, tarixən soyqırım, qarət, işğal və zülmlər etmiş ABŞ-a əməkdaşlıq təklif etməsi ilə türk millətini və bölgə xalqlarını təhqir etdiyini başa düşə bilmir.

Çavuşoğlu Türkiyədə yaşayan və oradan Suriyanı idarə edən şəxsləri “Suriya xalqının qanuni nümayəndələri və hökuməti” olaraq xarakterizə etməsinin və onları ofisində qonaq etməsinin ağırlığını və zərərini anlamır. Yasin Aktay bir neçə gün əvvəl ABŞ-a məsləhət verib. O, ABŞ-ın sağalmaq, itirilmiş nüfuzunu geri qaytarmaq və Aktayın dostluğunu qazanmaq üçün Əsədi devirməsini təklif edib.

Tarixi yazmaq və bu coğrafiyada təsirli bir lider olmaq üçün Atatürk kimi həm yaxşı bir əsgər, həm də yaxşı bir tarix bilicisi olmaq lazımdır. Bu keyfiyyətlər nə AKP hökumətində, nə də bu gün Türkiyədə iqtidara can atan əsas müxalifət partiyalarında görünmür.

Tarixin qaranlıq çağlarına məxsus, separatçı və dini kimliyi olan quruluşlara qarşı dik və qətiyyətlə dayanan, Suriyanın ərazi və siyasi birliyinə xidmət edən addımlar atan bir Türkiyənin qurulacağını ümid edirik. Mərkəzlərin mərkəzi olan və kökləri dərin olan Suriya üçün tarixi bir qərar verməliyik: Suriya qalibi və dostu zirvəyə qaldıran, düşməni isə taxtdan endirən bir regiondur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar