Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Postlara hücumun dəf edilməsi, təxribatçı hərəkətlərin qarşısının alınması...

Rusiya kontingenti Qarabağda təlim keçirdi...

Azərbaycan ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir təlim-məşq fəaliyyətləri həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, “ döyüş hazırlığı üzrə planlı məşğələlər üzrə” Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları 27 müşahidə postlarının hamısında “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” üzrə kompleks məşqlər keçiriblər.

“Məşqlər zamanı şəxsi heyət təxribatçı fəaliyyətlərin qarşısının alınması, müşahidə postlarına hücumun dəf edilməsi üzrə məsələləri yerinə yetiriblər. Siqnal alınan kimi sülhməramlılar qısa müddət ərzində dislokasiya yerlərini tərk ediblər, müdafiə mövqeyi tutublar. Postun müdafiəsinin gücləndirilməsi üçün BTR-82A zirehli transportyorlarında növbətçi bölmələr də cəlb edilib”,-məlumatda deyilir.

Bundan əvvəl Rusiya sülhməramlıları Laçın dəhlizindəki postlarda təlim keçirmişdilər və bu zaman pilotsuz uçan aparatların həmləsinin dəf edilməsi məşqləri yerinə yetirilmişdi. Ardınca Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçın ərazisində birgə təlimlər keçiriblər. Bu günlərdə Azərbaycanla Türkiyə arasında bir çox digər birgə təlimlər də keçirilməkdədir, o cümlədən Pakistanın da cəlb olunduğu “Üç qardaş-2021” təlimlərində üç ölkədən xüsusi təyinatlılar təlimlər keçirir. (virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar