Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Türk Ağsaqqalları Birliyi yaradıldı – TAİB dövlət qeydiyyatından keçdi 

Azərbaycanda yeni ictimai təşkilat - Türk Ağsaqqalları Birliyi (TAİB) yaradılıb.

Yeni yaradılmış və artıq Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş təşkilat Türk dünyası ilə bağlı layihələr həyata keçirəcək. Birliyin təsisçisi və İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, çağdaş dövrümüzdə türk dünyasının birliyi tarixi zərurət kimi meyadana çıxıb və türkdilli xalqlar arasında əməkdaşlığın genişlənməsinə, inteqrasiya prosesinin sürətlənməsinə indi daha çox ehtiyac var.

Ramin Əhmədov yeni birliyin yaradılmasının məhz sentyabrın 15-də elan olunmasının təsadüfi olmadığını da deyib.

Sitat: “Bilirsiniz ki, 103 il əvvəlin bu günü Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı erməni daşnaq və bolşevik qüvvələrinin işğalından azad olunub. Hesab etdik ki, Türk Ağsaqqalları Birliyinin yaradılmasını da məhz bu gün elan etməliyik”, - sitatın sonu.

Uzun illərdir ki, türk dünyası ilə bağlı müxtəlif layihələr həyata keçirdiklərini və bu vaxta qədər layihələrin əsasən rəhbərlik etdiyi “Türk Dünyası Ağsaqqalları” qəzeti vasitəsilə reallaşdırıldığını deyən R.Əhmədov Vikipediya-da üzərindən gördükləri işlərdən də danışıb.

Sitat: “Vikipediyada” türk dünyasının tanınmış simaları, türkdilli xalqların zəngin tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparırıq. “Türk Dünyası Vikipediyada” adlı layihəyə könüllülər də cəlb olunub. Bu vaxta qədər Vikipediyada Türk Dünyası ilə bağlı 300-ə yaxın məqalə yaradılıb. Fəaliyyətimizi daha da genişləndirmək, türk dünyası ilə bağlı daha miqyaslı layihələr həyata keçirmək üçünsə yeni bir təşkilat yaratmaq qərarına gəldik. Düşündük ki, bu vaxta qədər topladığımız təcrübədən, türkdilli ölkələrlə əlaqələr qurmaq imkanlarımızdan istifadə edib, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmalıyıq. Bütün bu işlərin daha səmərəli təşkili üçün daha çox ağsaqqalların, geniş dünya görüşünə malik ziyalılarımızın, elm adamlarının, incəsənət xadimləri, şair və yazıçıların potensialından istifadə etməyi daha doğru hesab edirik. Çalışacağıq ki, yeni yaratdığımız Türk Ağsaqqalları Birliyi türk fikir adamlarının vahid əməkdaşlıq platforması kimi fəaliyyət göstərsin”, - sitatın sonu.

Ramin Əhmədov yeni yaradılan birliyin gələcək planlarından da danışıb.

Sitat: “Planlarımız kifayət qədər çoxdur. Ümid edirik ki, qarşıdakı mərhələdə pandemiya ilə bağlı situasiya yumşalacaq və biz də nəzərdə tutduğumuz beynəlxalq səviyyəli tədbirlərimizi həyata keçirə biləcəyik. Məqsədimiz həm də odur ki, yeni yaratdığımız təşkilatın İdarə Heyətində təkcə öz ölkəmizin deyil, türkdilli dövlətlərin tanınmış ziyalıları, alimləri, arşdırmaçıları da təmsil olunsun. Artıq bu yöndə danışıqlarımız da başlayıb. Eyni zamanda, həm Türkiyədə, həm də digər ölkələrdə türk dünyasının birliyi yönündə fəaliyyət göstərən təşkilatlarla da əlaqələr yaradırıq. Bundan başqa, türkdilli ölkələrin Kütləvi İnformasiya Vasitələri ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Media ilə da bağlı xüsusi layihələrimiz olacaq”, - sitatın sonu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar