Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 ildən sonra arxaya baxarkən... - ABŞ-ın “sonsuz müharibələr” siyasətinin iflası

“20 il sonra geriyə baxdıqda 11 Sentyabrdan sonra vuruşduğumuz düşmənin məhz bizim özümüz olduğuna inana bilmirəm”...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 sentyabr 2021-ci il

11 Sentyabrın 20-ci ildönümündə ABŞ əsgərləri artıq Əfqanıstanda deyillər. Amerikanın dəstəklədiyi Kabil rəhbərliyi və ordusu çox tez zamanda çökdü. “Taliban” qüvvələri ölkəni yenidən nəzarətə götürdülər. Digər tərəfdən, 11 Sentyabrın 20-ci ildönümü ABŞ-da maraqlı müzakirələrə səbəb olub. Amerika mediasında çıxan şərhlərdə, “Terrorla Qlobal Müharibə”nin ABŞ üçün fiasko ilə nəticələndiyi qəbul edilir. Diqqət çəkən şərhlərdən biri də 20 illik dövrdə “Terrorla Qlobal Müharibə”dən yalnız Hərbi Sənaye Kompleksinin qazanclı çıxması idi.

Əlbəttə ki, ABŞ prezidenti Co Baydenin Amerika qoşunlarını Əfqanıstandan tamamilə çıxarmaq qərarı Amerikanın nəhayət “sonsuz müharibələrdən” əl çəkəcəyi mənasına gəlmir. ABŞ hələ də qlobal hərbi xərclərin təxminən yarısını təmsil edir. Sonsuz müharibələrə qarşı çıxan Demokratlar Partiyanın gənc nəsillərinin təzyiqlərinə və təşəbbüslərinə baxmayaraq, Baydenin Müdafiə Büdcəsi Tramp dövrü ilə müqayisədə daha böyükdür. ABŞ Konqresindəki şahin Demokratlar və Respublikaçılar isə Bayden administrasiyasına bütün imkanları ilə təzyiq göstərirlər.

Digər tərəfdən, guya “Terrorla Qlobal Müharibə” nəticəsində yaranan mülki itkilər də geniş müzakirə olunur. Hava hücumları və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində nə qədər günahsız insanın öldüyü dəqiq bilinmir. Ən başdan başlasaq, ABŞ 29 avqustda Kabildə bir avtomobilə pilotsuz uçuş aparatı ilə hücum edib. Ancaq hücumda həyatını itirən 10 mülki şəxsin heç bir terror təşkilatı ilə əlaqəsi olmadığı ortaya çıxıb. Üstəlik, 10 adamdan 7-nin uşaq olduğu məlum olub. Daha da maraqlısı, hücumun hədəfi olan Zemari Əhmədinin Əfqanıstanda yardım fəaliyyəti göstərən bir Amerika təşkilatında elektrik mühəndisi işlədiyi müəyyən edilib. Amerika mediasında yayılan məlumatlara görə, Zemari Əhmədi və ailəsi ABŞ-a getmək istəyən əfqanların arasında olublar.

ABŞ-dakı bir çox qeyri-hökumət təşkilatları “Terrorla Qlobal Müharibə”nin Amerika cəmiyyətinə baha başa gəldiyini müzakirə edirlər. Braun Universitetində aparılan Müharibə Xərcləri Layihəsinin hesabatına görə, 20 illik müharibələr ABŞ-a 8 trilyon dollara başa gəlib. Eyni araşdırmaya görə, 20 ildə 900 mindən çox insan ölüb. Politoloq prof. Neta Krauforda görə, rəqəmlər bu müharibələrin insan həyatına vurduğu əsl ziyanın çox azını təmsil edir. Layihənin həmtəsisçisi prof. Ketrin Lutz da: “Müharibə uzun, mürəkkəb, qorxunc və uğursuz oldu və müharibə 80-dən çox ölkədə davam edir”, deyə qeyd edib. Layihənin məqsədi isə bu müharibələrin necə maliyyələşdirildiyi barədə məlumatlılığı artırmaqdır.

Başqa bir araşdırma isə Vaşinqtonda yerləşən Siyasət Araşdırmaları İnstitutu (IPS) tərəfindən aparılıb. İnstitutun Milli Prioritetlər Layihəsinin direktoru Lindzey Koşqaryan Federal Hökumətin son 20 ildə ABŞ daxilində və xaricində Terrorla Qlobal Müharibənin birbaşa və dolayı xərclərinin Amerika cəmiyyətinə 21 trilyon dollar ziyan vurduğunu önə sürüb. 21 trilyon dollarlıq xərcin amerikalıları daha çox qorumadığını vurğulayan Koşqaryan: “Dünyada baş verən sonsuz müharibələr 900 min insanın həyatına son qoydu və 38 milyon insanı evsiz buraxdı. Əfqanıstandan geri çəkilmə prosesinin bizə göstərdiyi kimi, bütün bunlar böyük bir uğursuzluq idi”, deyə qeyd edir. IPS araşdırmasına görə, 21 trilyonun 16 trilyonu Pentaqonun payına düşüb. Bu rəqəmin ən azı 7,2 trilyon dolları hərbi müqavilələrə xərclənib. IPS-ə görə, Amerika cəmiyyətinin bir çox problemi 20 illik müddət ərzində “sonsuz müharibələrə” tökülən pulun çox az bir hissəsi ilə həll edilə bilərdi.

Amerika mediasında yer alan ən təəccüblü şərhlərdən birini “11 Sentyabrın şifahi tarixi” adlı məşhur kitabın müəllifi Qarret M. Qraf səsləndirib. O, sentyabrın 8-də “The Atlantic” jurnalında dərc olunan “ABŞ 11 sentyabrdan sonra, demək olar ki, hər şeyi səhv başa düşdü”, başlıqlı məqaləsində 2001-ci il hücumlarının ABŞ-da zəhərli siyasətlərin çoxalmasına səbəb olduğunu vurğulayıb. Dünyanı pisliklərdən qorumaq vəzifəsinin ABŞ-ı fəlakətlərə sürüklədiyini bildirən Qraf: məqalədə yazır: “20 il sonra geriyə baxdıqda 11 sentyabrdan sonra vuruşduğumuz düşmənin məhz bizim özümüz olduğuna inana bilmirəm”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar