Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əliyevin anası Rövşən Əkbərova ömürlük həbs istədi

"Mən Rövşən Əkbərova ömürlük həbs cəzası istəyirəm. Çünki o da bizə ömürlük cəza verib"

PİA.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva deyib.

Oğlunun ölümündə yalnız Rövşən Əkbərovu təqsirli bilən ana günahkarın tezliklə cəzasını çəkməsini istəyib:

“O, bizim ailəni tarı-mar edib. Mənim ömrümü hədər elədi. Bəndələrdən yox, Allahdan ona ömürlük cəza istəyirəm. Yüzdən artıq şahid var. Hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü təsdiq edir. Hər kəs bilir ki, bu qətli Rövşən törədib və heç kim də deyə bilməz ki, o eləməyib. Şəxsən mən də bunu təsdiq edirəm. Rövşən oğluma zəng edəndə yanındaydım. Cinayətkar cəzasını çəksin, başqa heç nə istəmirəm”, – deyə Səmayə Əliyeva əlavə edib.

Rəsmi məlumata görə Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında mübahisə yaranıb.

Cüzi münaqişə səbəbindən Rövşən Əkbərov xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib və növbəti proses sentyabrın 15-nə təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar