Əfqanıstanın Məzari-Şərif şəhərində atışma baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə “Taliban”la uşaq oğurluğu ilə məşğul olan dəstə arasında qeydə alınıb.
Atışma nəticəsində uşaq oğurluğunda iştirak edən dəstənin 2 üzvü öldürülüb, 5-i yaralanıb.
Qaçırılan 4 uşaq “Taliban” tərəfindən azad edilib.
pia.az