Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa müharibələrinə start verilir? - NATO-dan sonrakı dünyaya doğru...

NATO-nun son zirvəsi, əsl fiasko idi. NATO-dan sonrakı dünyaya doğru sürətlə inkişaf edirik...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 sentyabr 2021-ci il

Müxtəlif məqalələrimdə Qərb və Avropa anlayışlarının homogen olmadığını və aralarında dərin fərqlər olduğunu bildirmişəm. Hətta bura bölünmələrin daxil olduğunu da qeyd etdim. Məsələn, Avropa dedikdə, əsasən, latın katolik Avropasınımı nəzərdə tuturuq? Əgər elə deyilsə, o zaman Alp dağlarının mərkəzdə olduğu Mərkəzi Avropadan bəhs edilir? Aralıq dənizi Avropası ilə Şərqi və ya Skandinaviya Avropası arasında ciddi mədəni fərqlər var.

Əfqanıstan üzərindən baş verən dəyişikliklərin dünyada səbəb olduğu hadisələrə baxdıqda bu fərqləri xatırlatmaq yerinə düşər. Bu fərqlər artıq regional bir gücə çevrilən Türkiyənin öz siyasətini inkişaf etdirməsi üçün həyati əhəmiyyət kəsb edir.

Müasir tarix nəzərə alındıqda, görürük ki, Avropadakı əsas qırılmalardan biri Ada Avropası ilə Qitə Avropa arasında baş verib. İngiltərə ilə Fransa arasındakı məsafə də son dərəcə dardır. London və Paris arasındakı uçuş on dəqiqədir. Denver və Kale arasındakı keçid isə, demək olar ki, İstanbuldakı Anadolu tərəfi ilə Avropa tərəfi arasındakı keçid kimidir. Ancaq bu keçiddəki mədəni və zehni fərqlilik son dərəcə təəccüblüdür.

Ada Avropası ilə Şimali Amerika arasındakı oxşarlıq və yaxınlıqlar daha çox vurğulanır. Ancaq bunu bir əzbərə çevirmək olmaz. Unutmayaq ki, ABŞ varlığını Britaniya Krallığına qarşı qaldırdığı mübarizədən alıb. Burada qəribə olan amerikalı “vətənpərvərlərin”, xüsusən də “Qurucu Atalar” olaraq tanınanların fransız ziyalılarından aldıqları dəstəkdir.
İstəsək də, istəməsək də qəbul etmək lazımdır ki, müasir dünyanın qurucu dəyərləri bir şəkildə Fransa və Amerika ziyalılarının əməyinin məhsuludur. Amerikada İngiltərəyə uduzan, Luiziana və Quebec kimi yerlərdə sıxışan Fransa həmin vaxt ABŞ-da İngiltərəyə qarşı müstəqillik hərəkatını dəstəkləyərək bunu bir qisas matçına çevirdi. Ancaq Fransa və yeni qurulan ABŞ-da bu dəyərlərin izahı tam fərqli idi. Fransa ilk növbədə bu dəyərləri siyasi və Napoleondan sonra da hərbi cəhətdən radikallaşdırdı. Amerikalılar isə onları ingilis dəyərləri və metodları ilə “yumşaltdılar”. Nəticədə, anqlo-amerikalı bir model ortaya çıxdı. Xüsusilə İkinci Dünya Müharibədən sonra ABŞ və İngiltərə maraqlar əsasında bir nöqtəyə gəldi.

Fransa özünü mədəni üstünlüyünə görə qitə Avropasının yeganə hamisi kimi hiss etdi. Lakin bu hakimiyyət çox çəkmədi. Qitənin dərinliklərindən başqa bir güc də ortaya çıxdı. Bu güc liderliyi Fransanın əlində tutduğu maarifçilik dəyərlərinə romantik tarixçiləri, sənətçiləri və filosofları ilə meydan oxuyan, kapital yığımını tamamlayan, siyasi və hərbi gücünü zirvəyə qaldıran Almaniya idi. Almaniyanı isə Pyotrdan sonra ortaya çıxan Rusiya izlədi. İngiltərə də bunu həmişə fürsətə çevirdi. Hərbi quruluşlarının dərinliyi səbəbindən asanlıqla müharibəyə çevrilən “Fransa-Almaniya-Rus­iya” arasındakı rəqabəti alovlandırmaqla dünya hökmranlığını davam etdirdi.

İkinci Dünya Müharibəsindən sonra NATO-nun təşkilatlanmasının dərinliklərində İngiltərə-Amerika Blokunun qitə Avropasını sıxışdırması var. De Qoll və Adenauer kimi xarizmatik liderlərin səyləri ilə yaradılan fransız-alman ittifaqı ilə təcəssüm olunan AB İngiltərə-Amerika təzyiqinə qarşı reaksiya kimi yaradıldı. Əlbəttə ki, bu təzyiq “Sovet təhlükəsi”ni aşaraq ideoloji-mədəni müstəvidə ortaya çıxmadı. Lakin Almaniya ilə Sovet İttifaqı arasında iqtisadi ehtiyaclar səbəbiylə başlayan və Brandt doktrinası ilə əlaqələndirilən münasibətlər NATO nizam-intizamını pozdu. Bu anlaşma Almaniya ilə Rusiya arasında hələ də davam edir.

“Soyuq Müharibə”dən sonra NATO-nun gücünü itirməsi, kapitalist böhranlar və Çinin yüksəlişi ABŞ-ı dünyanı idarə edə bilməyəcək bir gücə çevirdi. ABŞ isə bunu macəraya çevirdi və virtual düşmənlərlə məşğul oldu. Bir nöqtədən sonra yaratdığı canavarları idarə edə bilmədi. Düşünürəm ki, İngiltərə ABŞ-ın pisləşməsini uzaqdan izləyir və yetişməsini gözləyir.

NATO-nun son zirvəsi, əslində, tam fiasko idi. NATO-dan sonrakı dünyaya doğru sürətlə inkişaf edirik. ABŞ gücünü yeniləmək üçün geri çəkilir. Bundan sonra ABŞ-ın geri çəkilməsinin yaratdığı boşluqda ortaya çıxacaq böhranları və yeni strukturları izləyəcəyik. Brexit ilə İngiltərə yenidən səhnəyə çıxdı.
Əfqanıstan da bunun ilk halqasıdır. AB isə öz ordusunu quraraq İngiltərəyə rəqib olmaq yolundadır. “Türkiyə-İran-Pakist­an-Əfqanıstan nəsli” yeni bir güc paylaşımının mərkəzidir. Bu regionda yeni bir qitə Avropası-ada Avropası müharibəsi başlayır...

Söhbət Çini kimin idarə edəcəyindən və oradakı yığımı öz xeyrinə çevirəcəyindən gedir. İngiltərə öz seçimini etdi. O, Qətərin dəstəyi ilə Türkiyə-Azərbaycan və Pakistanla yola davam etmək istəyir. AB-nin seçimi isə hələlik İran-Ermənistan olacaq. Daim Çinin nəzarətində olduğunu düşündüyümüz Pakistan, İran və Əfqanıstanda yeni bir qitə Avropası və ada Avropası müharibəsi başlaya bilər...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar