Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın daha bir ölkəni sürətlə darmadağın edə biləcəyi açıqlandı

ABŞ-ın “RAND Corporation” hərbi-analitik mərkəzi daha bir Avropa ölkəsinin Rusiya tərəfindən sürətlə darmadağın edilə biləcəyini proqnozlaşdırıb və modelləşdirib.

Virtualaz.org xəbər verir ki, Mərkəzin təhlilinə “Forbes” dərgisi yer verir. Araşdırma müəllifləri bildirirlər ki, Fransanın ən müasir silahlarla silahlanmış güclü ordusu var. Onun tərkibində yaxşı təlim keçmiş xüsusi təyinatlılar, ən yeni döyüş təyyarələri və nüvə silahı var.

Ancaq Fransa silahlı qüvvələri etibarlı deyil, çünki kifayət qədər insan ehtiyatları yoxdur və uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün sursat ehtiyatına malik deyil. Rusiya isə güclü və cəsarətli rəqibdir. Ona görə də ABŞ-ın dəstəyi olmadan Fransanı Rusiya ilə mümkün münaqişədə iflas gözləyir.

Bundan əvvəl “RAND Corporation” Rusiyanın Baltik respublikalarını 36 saata işğal edə biləcəyini proqnozlaşdırmışdı. Habelə Mərkəz Rusiyanın PolşaNATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər zəbt etmək imkanında olduğunu bildirir.

Pentaqonun keçmiş əməkdaşı və Leksinqton İnstitutunun vitse-prezidenti Daniel Qure bildirir ki, Rusiya silahlı qüvvələrinin sürətli modernizasiyası Moskva tərəfindən hərbi təhdidlərin artmasından xəbər verir. Bu da NATO-nu müdafiə potensialını ciddi şəkildə artırmağa və Şərqi Avropada hərbi qüvvələrini gücləndirməyə sövq etməlidir. 

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar