Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstandan Zəngəzur dəhlizinə "badalaq": Rusiyaya yeni ticarət tunelinin tikintisinə başladı

Gürcüstan Cənubi Qafqazın ən böyük dağ tunelinin tikintisinə başlayıb.

Ovqat.com-un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

Tunelin təməlatma mərasimində çıxış edən Baş nazir onu “əsrin layihəsi” adlandırıb. Qaribaşvili qeyd edib ki, hazırda fəaliyyətdə olan Hərbi Gürcüstan yolu sərt iqlim şəraitinə və mürəkkəb relyefə görə ildə yüz günə qədər bağlanır. Qışda bu yol xüsusilə təhlükəli olur; qar uçqunları baş verir. Qaribaşvilinin sözlərinə görə, gün ərzində bu yolla 3-4 min maşın gedir. Onların 70%-i minik, qalanları isə yük avtomobilləridir. Tunelin açılması yolun buraxılış qabiliyyətini ciddi şəkildə artırmağa imkan verəcək.

Məlumata görə, tunelin inşasını Çinin China Railvay Tunnel Group Co, Ltd (CRTG) şirkəti aparır. Layihəni maliyyələşdirən isə AYİB (Avropa Yenidənqurma və İnkişaf Bankı) və Amerika və Yapon kapitalının iştirak etdiyi Asiya İnkişaf Bankıdır. Ümumilikdə, ümumi dəyəri 400 mln. dollar olan layihə Tbilisi ilə Vladikavkazı birləşdirən Hərbi-Gürcüstan yolunda 9 kilometrlik tunelin tikintisini nəzərdə tutur. Yeni yol Tbilisi, İrəvan və Moskva üçün sərfəlidir – o, Rusiya, Gürcüstan və Ermənistan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək. Məhz bu xüsusiyyətinə görə, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizinin ən ciddi rəqibi sayılır. Çünki 2008-ci ildə Rusiyanın Gürcüstana bağlı Abxaziya və Cənubi Osetiya vilayətlərini işğal etdikdən sonra iki dövlət arasında nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş və Zəngəzur dəhlizinin açılmasına ehtiyac yaranmışdı.

 

Qaribaşvilinin açılış nitqində bildirdiyinə inansaq, bu tunel ilə hərəkət Tbilisidən Kazbeqi rayonuna (Rusiya-Gürcüstan sərhədi yaxınlığında) məsafəni qətetmə zamanını 1,5 saata endirəcək. Hərbi-Gürcüstan yolu üzərində yerləşən kəndlər arasında əlaqələr də asanlaşacaq, bu ərazilərdə turizm mərkəzləri qurulacaq.

Tunelin açılışının Zəngəzur dəhlizinin müzakirə edildiyi vaxta düşməsini təsadüfidirmi? Gürcüstanın bu tunellə Zəngəzur dəhlizinə alternativ yaratması nəyə xidmət edir?

Gürcü politoloq, "Avrasiya Mərkəzi"nin direktoru Qulbaat Rtsxiladze bu zamanlamanın sırf təsadüf olduğuna inanır. Onun rus mediasına verdiyi açıqlamaya görə, tunel 44 günlük savaşdan xeyli əvvəl planlaşdırılıb, sadəcə işlərə başlamaq indi mümkün olub.

O həmçinin qeyd edib ki, tunelin çəkilişindən sonra tranzit ölkə kimi Gürcüstanın regiondakı mövqeyi nəzərəçarpacaq dərəcədə artacaq. "Gəlirlərdən danışmaq istəmirəm, amma aydındır ki, söhbət böyük məbləğlərdən gedir", – deyə ekspert bildirib.

Dalakişvili onu da vurğulayıb ki, tunelin çəkildiyi ərazi Gürcüstanın tranzit potensialından tam həcmdə istifadəni əngəlləyirdi: “Orada çox mürəkkəb bir mənzərə mövcud idi. Yol tez-tez pis hava şəraitinə görə bağlanırdı, bu da yükləri bu yolla göndərənləri zərərə salırdı. Tunel 2024-cü ildə açılanda mənzərə tamamilə fərqli olacaq. Tunel hərəkəti təxminən bir saat azaldacaq. Amma əsas odur ki, bütün il boyu bu yolla hərəkət etmək mümkün olacaq".



Ekspertin dediyinə görə, tunel Gürcüstanın tranzit potensialını gücləndiriləcək nəhəng layihənin sadəcə bir hissəsidir: "Bundan əlavə, ümumilikdə beş tunel, beş körpü, 23 kilometrlik ikizolaqlı asfalt-beton yol çəkiləcək. Bütün bunlar Gürcüstan üçün yeni perspektivlər vəd edir".

Gürcüstan müxalifəti, xüsusilə Saakaşvili tərəfdarları isə Hərbi-Gürcüstan yolunun açılmasını ölkə üçün ciddi təhlükə hesab edirlər. Onların fikrincə, Rusiya bu yoldan Gürcüstana qarşı hərbi məqsədlər üçün istifadə edə biləcək.

Xatırladaq ki, Sovet İttifaqı dağılanadək Rusiya ilə Gürcüstan arasında quru yolu əlaqəsi, Abxaziya və Cənubi Osetiyadan keçirdi. Hərbi-Gürcüstan yolu hazırda iki ölkəni birləşdirən yeganə marşrut olaraq qalır.

Yolun uzunluğu 208 kilometrdir. Tədricən dağ zirvələrinə doğru yüksələn yol Terek çayı vadisi boyunca uzanır, Dəryal dərəsi boyunca Qayalıq silsiləsini keçir, sonra Baydarka çayının dərəsi ilə Krestovıy keçidə yaxınlaşır (hündürlüyü 2379 metr), oradan Belaya Araqvi çayı vadisinə enir və Kür çayının sağ sahili boyunca Tiflisə enir. Rusiyada ümumilikdə federal əhəmiyyət kəsb edən avtomobil yolları siyahısında A161 magistral yolu kimi qeyd olunur: Vladiqafkaz - Aşağı Lars - Gürcüstanla sərhəd.

Hərbi Gürcüstan yolu təkcə Gürcüstanı ilə deyil, həm də Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Azərbaycanla sərhədləri bağlı olan Ermənistanı da Rusiyaya birləşdirən əsas nəqliyyat yollarından biridir. Gürcüstan və Rusiya arasında Qara dəniz sahili boyunca avtomobil rabitəsi Abxaziya münaqişəsi səbəbindən bağlanıb. Ermənistan üçün xarici dünyaya başqa bir çıxış yolu yalnız Gürcüstanın Qara dəniz limanları olan Poti və Batumi və ya İran üzərindəndir.

İran da bu yola Cənub-Şimal marşrutunun əsas alternativi kimi baxır. Azərbaycandan yan keçərək Rusiyaya gedən quru yolu kimi bu marşruta üstünlük verir. Sözsüz ki, sırf Ermənistanı gücləndirmək, Azərbaycanı zəiflətmək məqsədilə.

Bununla belə, Ermənistan-Gürcüstan-Rusiya arasında əsas avtomobil marşrutuna çevrilsə belə, bu yol Azərbaycanın Cənub-Şimal nəqliyyat dəhlizi ilə rəqabət aparacaq potensialında deyil. Çünki Azərbaycanın təklif etdiyi bu layihədə dəmiryolu əlaqəsi də nəzərdə tutulur. Müasir çağımızda quru nəqliyyatında ən ucuz və keyfiyyətli nəqliyyat vasitəsi isə dəmiryoludur. Azərbaycan sadəcə öz dəmiryolu xətlərində sürətin artırılması imkanlarını daha da gücləndirsə, regional nəqliyyat-kommunikasiya rəqabətini tamamilə öz xeyrinə həll etmiş olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar