Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bölgədə gedən proseslərə ABŞ-la yanaşı, Fransanın da birbaşa təsiri var...

Fransanın Aralıq dənizi, Afrika və Yaxın Şərqdəki bütün qeyri-sabit bölgələrdə olması vurğulanmalı olan strateji bir mövzudur...

Özcan Yeniçeri
“Yeniçağ” qəzeti, Türkiyə, 10 sentyabr 2021-ci il

Fransız Bernard Henri Levi Kabilin ələ keçirilməsindən sonra Əfqanıstanın Pəncşir əyalətində Əhməd Şah Məsudun oğlu ilə görüşüb. O, Əhməd Məsudu 5 aprel 2021-ci ildə Makronla görüşdürdüyünü və Fransa, İngiltərə və Avropanın “gələcəyin və ümidin təcəssümü olan bu gəncə” dəstək verməli olacağını bildirib.

Fransanın Aralıq dənizi, Afrika və Yaxın Şərqdəki bütün qeyri-sabit bölgələrdə olması vurğulanmalı olan strateji bir mövzudur. Bu mənada, Fransanın ən böyük sement nəhəngi olan “Lafarge” şirkətinin Fransa hökumətinin məlumatı ilə İŞİD terror təşkilatına pul köçürməsi heç təəccüblü deyil.

Fransa həmişə Qəndil mağaralarında PKK ilə, Şimali Suriyada da YPG ilə birlikdə yeraltı tunellərdə olur. Xanım Miterandın PKK ilə qurduğu birbaşa əlaqəni Fransa kəşfiyyat xidməti və səlahiyyətliləri hər mənada qoruyub saxlayırlar.

Məlumdur ki, Fransa bölgədəki terror təşkilatları ilə yanaşı, İslam dini ilə də birbaşa maraqlanır. ABŞ-ın BYŞL (Böyük Yaxın Şərq Layihəsi) çərçivəsində irəli sürdüyü “mülayim İslam” strategiyasının fransız versiyasının adı “fransız İslamı”dır.

Bir neçə ay əvvəl Fransa prezidenti Makron “Avropa İslamı”nın ümumi layihəsinin aşağı versiyası olan “Fransa İslamı” layihəsini başlatdı. Bu çərçivədə Fransa Daxili İşlər Nazirliyi tərəfindən qubernatorlara göndərilən ümumi bildirişdə “Fransa İslamının maliyyələşdirilməsi”­, “Fransada fransız dilində imamların təhsil alıb, yetişdirilməsi”, “İslam təşkilatları ilə məscidlərdə xarici ölkələrin təsirinin azaldılması” kimi mövzular var idi.

Bu çərçivədə hakim Əl Karoui tərəfindən sosial mövzularda fikirlərini ifadə edən Monteyn İnstitutu adından hazırlanan və “İslamçılıq Fabriki” adlı 600 səhifəlik hesabat prezidentə təqdim edilib. Hesabatda Fransa İslamının yenidən dizayn edilməsi ilə bağlı təkliflər arasında məscidlərin xarici ölkələr tərəfindən maliyyələşdirilməsin­in qadağan edilməsi və satılan hər bir halal məhsulun vergiyə cəlb edilməsi də var. Həmçinin Fransa İslamı üçün Müsəlmanlar Dərnəyinin qurulması təklif edilib.

Fransanın yeni rolu

İngiltərənin AB-dən çıxması hərbi potensialına görə AB-nin lideri olan Fransanı həyəcanlandırmışdı. Fransa AB kontekstində Almaniyanın, Afrikada İsrail və ABŞ-ın rolunu ələ keçirmək istəyir. Bu kontekstdə Almaniyanın öz iqtisadi liderliyini Fransanın hərbi üstünlüyü ilə üstələmək üçün bir strategiya ortaya qoyduğu anlaşılır.

Prezident Makron 2 il əvvəl “NATO-nun beyin ölümünü” elan edərkən, əslində, AB-nin Fransanın rəhbərliyi altında hərbi gücə çevrilməli olduğunu vurğulayırdı. AB-nin ABŞ xaricində həlledici bir hərbi gücə çatmalı olduğunu vurğulayan Makron deyirdi: “AB olaraq, Yaxın Şərqdə muxtar bir hərbi potensial qurmalıyıq. Avropa Yaxın Şərqdə kiçik bir pay sahibi olmağa davam edə bilməz”.

Livanda etdiyi bir çıxışında isə Makron: “Biz bunu etməsək, bu ölkələrdə yaranan boşluğu Türkiyə, İranSəudiyyə Ərəbistanı dolduracaq”, deyə qeyd edib. Kipr və Şərqi Aralıq dənizində türk/yunan qarşıdurması ortaya çıxan kimi Fransanın bölgəyə təyyarə gəmiləri göndərməsinin səbəbi də budur.

Fransa yenə də xalq üsyanı səbəbiylə vəzifəsini tərk etmək məcburiyyətində qalan Tunis prezidenti Zeynel Abidin Ben Əlini dini radikalizmə və terrora qarşı bir blok olaraq görürdü. Ben Əli devrildikdən sonra Tunis prezidenti Qeys Səid Baş nazir Hişam əl-Maşişini vəzifəsindən azad edib. Bu sivil və siyasi çevrilişin arxasında da Fransa dayanırdı.

“Ərəb Baharı” dövründə Liviyaya edilən hərbi müdaxiləyə də Fransa rəhbərlik edib. Qəddafinin ələ keçirilməsindən sonra Liviyada baş verən vətəndaş müharibəsində Xəlifə Həftardan istifadə edərək yeni qazanclar əldə edən də Fransa idi.

Keçən həftə Qvineyada baş verən çevrilişin arxasında Amerika-Fransa təsirinin olduğu bilinir. Liviya, SuriyaAzərbaycandakı qarşıdurmalarda, Aralıq dənizi və Egey dənizindəki qarşıdurmalarda, Misir və Qvineyadakı çevrilişlərdə, PKK-İŞİD-YPG-nin terror fəaliyyətinin bu və ya digər tərəfində Fransa kəşfiyyatı maliyyələşdirir və təşkilatlandırır. Silahlar ABŞ-dan yük maşınları ilə PYD/PKK-ya gəlirsə, tunellərin sement və mühəndislik xidmətləri də Fransa şirkətlərindən gəlir. Ona görə də, Fransanı diqqətlə izləmək lazımdır...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar