Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ekspertlər: “2022-ci ildə neftə tələbat artacaq”

ABŞ-da ötən həftə "İda" qasırğası səbəbindən pozulmuş neft hasilatının tədricən bərpa olması nəticəsində son günlər neftin qiyməti daim 69 dollar həddindən yuxarıdır.

“Bloomberg” xəbər verir ki, iki gün ardıcıl azalan qiymətlər bu gün 1,4 faiz artıb. Belə ki, Meksika körfəzindəki neft və qaz yataqlarında hasilat işləri indiyədək 20 faiz səviyyəsində bərpa olunub.

Koronavirusun “delta” növünün də təsiri ilə qiymətlərin artmasından sonra dünyanın iki ən böyük iqtisadi gücü - ABŞ və Çində tələbatın pandemiyadan əvvəlki səviyyəni keçməsi daha nikbin ab-hava yaradıb.

“COVID-19-un daha çox problemlər yaradacaq başqa növləri qarşımıza çıxmasa, yəqin ki gələn ili daha nikbin ovqatda qarşılayarıq. Fikrimizcə, tələbat bundan sonra da artacaq”, - “UBS AG Wealth Management”in eksperti Ueyn Qordon bildirib.

Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 2,88 milyon barel azalıb. Bu həftə isə azalmanın 4,75 milyon barel olacağı güman edilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Vitamin çatışmazlığı haqqında xəbər verən simptomlar

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

"Qarabağ" - "Bazel" oyunundan sonra mətbuat konfransında yeni "pivə olayı" yaşanıb

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Ən çox oxunanalar