Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail “Taliban”a necə baxır?

“ABŞ-ın və müttəfiqlərinin Əfqanıstandan çəkilməsi dəhşətli bir mənzərə ilə nəticələnir”...

Fikret Akfırat
“Aydınlık” qəzeti, Türkiyə, 1 sentyabr 2021-ci il

Hazırda dünyanın gündəmində ən çox Əfqanıstan və “Taliban” məsələsi yer tutur. Günlərdir qəzetlərdə, televiziyalarda və sosial mediada bu məsələ müzakirə olunur. Müzakirə etmək normaldır, təbii ki. Ancaq bütün bu tarixin əleyhinə duran və elmi olmayan fikirlər rəqəmsal əsrin yaratdığı səthiliklə birləşdirildikdə imperialist təbliğatın təsir dairəsini də genişləndirir.

Nəyi müzakirə edirik? ABŞ-ın Əfqanıstandan çıxarılmasını və “Taliban” hərəkatının güclənməsini... Bəs bu məsələyə necə yanaşırıq? Sual sadədir: bu vəziyyət Türkiyənin xeyrinədir, yoxsa əleyhinə?

Gələcək haqqında deyə biləcəyimiz hər şey Əfqanıstanın öz daxili məsələsidir və əfqan xalqının mübarizəsi ilə formalaşacaq. Bu mövzuda subyektiv niyyət və istəkləriniz ola bilər. Amma siyasət və strategiya istəklərə görə formalaşmır. Obyektiv reallıqlar hər kəsin mövqeyini və münasibətini müəyyənləşdirir.

Həm imperialist dövlətlər, həm də inkişaf etməkdə olan dünya dövlətləri beynəlxalq işlərdə öz maraqlarına uyğun inkişaf tendensiyasını dəstəkləyir, yol açır və bunun baş verməsi üçün mübarizə aparırlar.

Türkiyənin marağı

Əsas sualımıza gələk: bu inkişaf kimin xeyrinədir? Bunu başa düşmək üçün dünya miqyasındakı qarşıdurmaya baxmaq vacibdir. ABŞ və müttəfiqləri və ABŞ-a qarşı olan qüvvələr Əfqanıstanda taliblərin hakimiyyətə gəlişini necə qiymətləndirirlər?

ABŞ Əfqanıstanda qeyri-ənənəvi ünsürləri aktivləşdirərək “Taliban” rəhbərliyi ilə birlikdə bölgə ölkələrinin sabit bir Əfqanıstan qurmasına mane olmaq istəyir.

Rusiya, Çin, İran, Pakistan və Türkiyə ABŞ-ın bölgədən çıxmasından məmnundur. Bu ölkələr “Taliban”la birlikdə, Əfqanıstanın 40 ildir qeyri-sabitliyin mərkəzində olduğu vəziyyətə son qoymağa və ABŞ-ın bölgədəki xaos nizamına qarşı sabit bir Əfqanıstan yaratmağa çalışırlar. Ən əsas məsələ də ABŞ-ın dünya liderliyi iddiasının sona çatmasıdır. Bu səbəbdən, ABŞ əməkdaşları böyük təlaş içindədir.

Konkret bir nümunə

ABŞ-ın dəstəyi olmadan sağ qalma şansı olmayan İsrailin Əfqanıstan və “Taliban”la bağlı verdiyi qiymət bu baxımdan məsələyə aydınlıq gətirir. Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan və İsrailin rəsmi nöqteyi-nəzərini əks etdirən bir qiymətləndirmədə deyilir:

ABŞ-ın və müttəfiqlərinin Əfqanıstandan çəkilməsi dəhşətli bir mənzərə ilə nəticələnir. Çünki Əfqanıstan rəhbərliyi illərlə milyardlarla dollarlıq təlim və avadanlıqla təmin edilən əfqan ordusu mübarizə aparmadan “Taliban”a təslim oldu və bütün silah sursat da “Taliban” tərəfindən ələ keçirildi. Qısa müddətdə hadisələrin inkişafı şübhəsiz ki, ABŞ-ın super güc imicinə və müttəfiqlərinin böhran dövründə Vaşinqtonun onlara kömək etməyə hazır olduğu inancına xələl gətirəcək”.

İran üçün Qasım Süleymaninin qisasını almaq şansı

İnstitutun mütəxəssisləri Əfqanıstanda baş verənləri İsrail baxımından üç səviyyədə nəzərdən keçirirlər:

1. “Taliban”ın sürətli bir şəkildə Əfqanıstanı ələ keçirməsi və Amerikanın uğursuzluğu xəbərlərinin yayılması radikal terror təşkilatlarının qlobal arenada və Yaxın Şərq də daxil olmaqla, İsrail hədəflərinə qarşı fəaliyyətlərini artırmaq motivasiyasını gücləndirə bilər.

2. İran ABŞ-ın Əfqanıstandan çəkilməsini Yaxın Şərqdəki varlığının sona çatması baxımından milli maraqları üçün müsbət bir inkişaf kimi dəyərləndirir. Tehran ümid edir ki, prosesdə növbəti addım ABŞ-ın İraqdan çıxması olacaq. Bu xəbər İranın gizli bağçasının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və eyni zamanda, İrana Qasım Süleymaninin öldürülməsinə görə strateji qisasını almaq imkanı verəcək.

İsrail dəstəksiz qala bilər

3. ABŞ-ın Əfqanıstandan qaçması kimi şərh edilən görüntülərə baxmayaraq, ABŞ administrasiyasının Yaxın Şərqdəki hərbi varlığının azaldılması prosesi də daxil olmaqla, “sonsuz” hərbi qarşıdurmalardan geri çəkilmə siyasətini dəyişməsi gözlənilmir. Bölgənin əsas aktyorları hesab edir ki, Yaxın Şərq Amerikanın milli təhlükəsizlik qiymətləndirmələrind­ə əhəmiyyətini itirir, bu da Amerikanın bölgədəki iqtisad-hərbi qaynaqlara sərmayə qoymaq istəyinin azalmasına səbəb olur və Vaşinqtonu qiymətləndirmələrini­ yeniləməyə, eyni zamanda davranışlarını dəyişməyə məcbur edir. Bu anlayış, bəlkə də, ABŞ-ın bölgədəki çətinliklər qarşısında İsrailə dəstəyini necə qiymətləndirəcəyinə təsir edə bilər. Həmçinin obyektiv olaraq İsrail, ABŞ administrasiyasının İsrailə olan dəstəyi səmimi olsa da, gələcəkdə bölgədəki problemlərin öhdəsindən gəlmək üçün hərbi qaynaqlara sərmayə qoymağa hazır olmayacağı anlayışına əsaslanaraq, hərəkətlərini planlaşdırmalıdır.

Bölgəmizdəki qarşıdurmanı əks etdirən güzgü

Tel-əvivin terrorçu olaraq xarakterizə etdiyi təşkilatlar ABŞ və İsrailin bölgədəki təhdidinə qarşı mübarizə aparan müstəqil qüvvələrdir. İsrailin narahatlığı təkcə bu təşkilatlarla da məhdudlaşmır. İran, Suriya, Livan Hizbullahı, Fələstin Qurtuluş Təşkilatı və Həmas İsrailin əsas düşmənləridir. Ancaq unutmayaq ki, İsrail Türkiyəni İrandan daha təhlükəli görür.

Türkiyədə anti-imperialist olduqlarını iddia edən bəzi dairələr ABŞ və “Taliban”ın razılığa gəldiyini deyərək, Vaşinqtonun məğlubiyyətini gizlətməyə çalışırlar. ABŞ-ın geri çəkilməsi ilə əlaqədar İsrailin narahatlığı və təlaşları isə bunların zərərli cəhətlərini ortaya qoyur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Taliban

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar