Türkiyənin Van vilayətinin Çaldıran rayonunda jandarma şübhələndiyi bir yük maşınını saxlayıb. Yoxlama zamanı maşının qoşqusundan (kuza) 300 mühacir çıxıb.
Ovqat.com-un məlumatına görə, mühacirlərin böyük əksəriyyəti əfqan imiş: 264 -ü Əfqanıstan, 30 -u Pakistan, 6 -sı İran vətəndaşı.
Mühacirlər ac və susuz olublar. Onlar su və yeməklə təmin edilib, sürücü isə göz altına alınıb.
pia.az