Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

44 günlük müharibənin tarixi yazılır - AMEA 3 kitab hazırladı

Tarix İnstitutu Azərbaycan tarixinin ən yeni dövrünün əsasını qoyan 44 günlük vətən müharibəsi tarixinin yazılmasına başlayıb.

AMEA Tarix institutunda Azərbaycanın müasir tarixinin kompleks şəkildə tədqiqi istiqamətində fundamental araşdırmalar aparılır. Tarix institutu AMEA Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə və post-müharibə dövrü fəaliyyətini əks etdirən “Zəfər salnaməsi: Qarabağ savaşından Şuşa bəyannaməsinədək” adlı toplu nəşrə hazırlayıb və çapa təqdim edib. Bu toplunun ən mühüm özəlliyi ondadır ki, Prezidentin çox istiqamətli fəaliyyətinin təsnifatı aparılıb. Kitabın 44 günlük müharibənin başlanmasının birinci ildönümünədək çap edilməsi və təqdimatının keçirilməsi nəzərdə tutulur.

Dövlət müstəqilliyinin bərpa edilməsi münasibətilə fundamental “Azərbaycan Respublikasının tarixi: 1991-2021” üç cildliyinin hazırlanması üzərində də iş davam edir. Kitabda həm birinci, həm də Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi əksini tapacaqdır. Bununla eyni zamanda, bu il “Qarabağ müharibəsinin tarixi” adlı nəşr də hazırlanır. Tarix institutunda monoqrafik tədqiqatlar ilə birlikdə, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixinin müxtəlif aspektlərinə dair tədqiqatlar da aparılır. Bu barədə respublika və beynəlxalq konfranslarda məruzələr nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar