Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT 23 ölkədə aclıq fəlakəti ilə bağlı xəbərdarlıq edib

BMT-nin strukturları tərəfindən hazırlanan son hesabatda dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, hesabatda Efiopiyanın Tiqray bölgəsində 401 min nəfərin aclıqla üzləşdiyi, bunun isə 2011-ci ildə Somalidə baş verən fəlakətdən də dəhşətli olduğu qeyd edilib.

Bundan başqa, Madaqaskarın cənub bölgəsi, Yəmən, Cənubi Sudan və Şimali Nigeriyada kəskin ərzaq qıtlığı yaranıb. Bu ölkələrdə aclığın əsas səbəbi quraqlıqdır. BMT-nin ekspertləri qeyd ediblər ki, ötən il planetdə 155 milyon insan aclıq fəlakəti ilə üzləşib, cari ildə isə bu rəqəm daha da artacaq. Artımın əsas səbəbi COVID-19 pandemiyası, silahlı münaqişələr, quraqlıq və bu ölkələrdə yarıtmaz idarəçilikdir.

Hesabatda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Konqo, Haiti, Honduras, Sudan və Suriyada da aclıq təhlükəsi olduğu bildirilib. BMT-nin Dünya Ərzaq Proqramı Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi barədə proqnoz verib. ABŞNATO qoşunlarının bu ölkəni tərk etməsindən sonra humanitar fəlakət dözülməz həddə çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar