Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü küləyə görə Xəzərdə bütün gəmilərin hərəkəti dayandırılıb - Video

Ölkə ərazisində müşahidə olunan güclü küləklə əlaqədar Xəzər dənizinin Azərbaycan sularında bütün gəmilərin hərəkəti dayandırılıb. Onlar Türkan reydindəki təhlükəsiz sığınacaqlara yerləşdirilib.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin sözçüsü Pərvanə İmanova dünən axşamdan başlayan təhlükəli hava şəraiti ilə bağlı açıqlamasında bildirib ki, mərkəzin mütəxəssisləri texniki vasitələrlə müşahidənin gücləndirilməsi, ümumiyyətlə, gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirirlər.

Onun sözlərinə görə, Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən 50-yə yaxın irihəcmli gəmi lövbər sığınacaqlarına yerləşdirilib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar açıq dənizdə dalğanın hündürlüyünün 5-7 metrə, bəzi yerlərdə isə hətta 8 metrədək çatacağı, küləyin sürətinin isə saniyədə 35 metrə qədər yüksələcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar