Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qələbənin hesabını verməmişik: hər kəs pay istəyir – Nə etməliyik?

Natiq Cəfərli
ReAl Partiyasının icraçı katibi, ekspert

SSRİ dağılandan sonra, 1991-2020-ci illər arası:

- Ermənistan torpaqlarımızı işğal etdi - amma müstəqilliyini tam itirdi, de-fakto Rusiyanın vassalına çevrildi;

 - Azərbaycan torpaqlarını itirdi - amma ən azından iqtisadi olaraq daha müstəqil dövlət qurdu, işğalın əvəzində neft-qaz sayəsində Rusiyadan yan keçməklə logistika qurub pul qazanmağa başladı (korrupsiya olmasaydı, indi ən azı Slovakiya səviyyəsinə çatmışdıq, bu da ayrı mövzudur);

- Gürcüstan müstəqillik üçün torpaq itirdi, Qərbə inteqrasiyaya görə itirdiyi torpaqlardan müvəqqəti də olsa vaz keçdi, amma hələ də iqtisadi olaraq müstəqillik qazana bilmədi. Onların turizmdən asılığl bizim neftdən asılılığımız qədər problemdir;

- Ukrayna de-jure müstəqilliyə daha rahat qovuşdu, Qərbə inteqrasiya yolu tutan kimi isə Krımı, Donbası itirdi - amma nə inteqrasiya oldu, nə də iqtisadi inkişaf əldə edə bildi, bu gün də məlum oldu ki, böyük güclər lazım gələndə öz aralarında anlaşaraq Kiyevi kənarda qoyq bilirlər. Ukrayna hələ nə demokratiya, nə rifah dövləti qura bilib;

- Moldova müstəqillik əldə etdi - amma torpağının bir hissəsini itirdi, indi isə "Dnestyani Respublika" adlanan qondarma qurumdan vaz keçməklə də olsa AB ilə inteqrasi yolunu tutub, onlara daha asan ola bilər, zatən bir müddət sonra Moldova olmayacaq, Rumıniyaya avtonom bölgə kimi qatılaraq AB-yə daxil olacaq;

- Orta Asiya respublikaları de-jure müstəqil olsalar da, hələ də tamamən Rusiyadan de-fakto asılıdırlar, baş verən istənilən proses Kremlin birbaşa diktəsi ilə həyata keçirilir.

2021-ci ildə vəziyyət isə belədir:

- Ermənistan de-jure müstəqil olmağa can atır, bunun üçün “Qarabağ balastını” üstündən atmağa çalışır, Rusiyaya güvənib, onların köməyi ilə işğal etdiyi torpaqları itirdi, əvəzində isə hələ müstəqil ola bilməyib, amma bu yöndə çalışır;

- Gürcüstan, Ukrayna, Moldova AB və NATO üzvlüyündə israrçıdılar, bu yolla gedirlər, əslində bizə də yol açırlar, amma çox çətin olacaq, görünən odur ki, Qərbin başı Rusiya ilə alverə qarışıb, Çin və digər mövzularda kompromis əldə edən kimi Rusiyaya post-sovet məkanını müvəqqəti güzəştə gedəcək;

- Orta Asiya respublikaları yaxın 10 ildə Rusiyadan daha asılı vəziyyətə düşəcəklər, hər birində Rusiya ordusunun sayı artacaq, sərhədləri tamamən Kremlin nəzarətinə keçəcək, de-fakto müstəqil olsalar da, de-jure tam Moskvanın əyalətləri kimi idarə ediləcəklər;

- Azərbaycan 1991-2020-ci illər arası iqtisadi olaraq gücləndi, siyasi və strateji olmasa da, iqtisadi olaraq Qərbə daha sıx bağlandı, xarici siyasətdə ciddi səhvlər etmədi, de-fakto və de-jure ittifaqlar quraraq, “time management”in qızıl qaydalarına uyaraq, torpaqlarımızın böyük əksəriyyətini işğaldan azad edə bildi.

Amma bu bizə nəyin hesabına başa gəldi?! Bu ittifaqların “hesabını” vermişikmi, və ya hələ verəcəyikmi?! Ölkənin “sağ qalma və ya ayaqda qalma” strategiyası vermı?! İqtisadi cəhətdən daha müstəqil, amma siyasi cəhətdən geridəqalmış sistemə malik olan ölkəmizi hansı təhlükələr gözləyir və biz bu təhlükələrdən necə sığortalanmalıyıq?! Ölkədə tam bəqrərar olmuş “Təkadam” sistemi məmləkəti hara aparacaq?! Xarici siyasətdə müəyyən yaxşı, pozitiv effekt verən balanslı siyasət və strateji “Tələsən yerimiz yoxdur (AB və NATO-ya)”, “Görək qonşularımız hara qədər gedə bilir (AB və NATO-ya)” yanaşması, daxili siyasətdə də effekt verə biləcəkmi?!

Bu sulların cavabı çox önəmlidir.

Mənim cavabım var: Məmləkət daha qəliz, daha effektiv siyasi idarəetmə sisteminə keçməlidir. Bunun üçün Konstitutsiya dəyişiklikləri şərtdir. Prezident Dövlət Başçısı olmalı, xarici siyasətə, daxili təhlükəsizliyə, orduya, xüsusi xidmət orqanlarına birbaşa rəhbərlik etməli və yeni yaradılan 14 inzibati ərazi vahidinə ciddi səlahiyyətlərlə öz şəxsi nümayəndəsini təyin etməlidir. Parlament proporsional sistemlə formalaşmalı, siyasi partiyalar ideoloji əsasda güclənməli, hökumət parlamentdən çıxmalıdır. Parlamentdən çıxan hökumət iqtisadi və sosial məsələlərlə birbaşa məşğul olmalı, Prezidentin bu sahələrə müdaxiləsi minimuma enməlidir. Yerli özünüidarə institutları güclənməli, Böyük Şəhər bələdiyyələri yaradılmalı, birbaşa mer seçkiləri təsis edilməlidir. Məhkəmə hakimiyyətində “üçlü balans” siyasəti olmalı, bütün səviyyələrdə təmsil olunan hakimlərin üçdəbirini Prezident, üçdəbirini ən azı üçdəiki səs çoxluğu ilə parlament (üçdəiki səs uzlaşma mədəniyyəti və müxalifətin təsir imkanlarının genişlənməsi üçün lazımdır) təyin etməli, üçdəbirini isə hüquq cameəsi (hakimlər, prokurorlar, vəkillər) birbaşa seçkilərlə seçilib formalaşdırmalıdır.

Biz belə qəliz və qüvvələr balansına malik olan idarəetmə sisteminə təcili keçməsək, məmləkətə olan basqıları amortizasiya edə bilməyəcəyik. Belə yeni sistem indiki Prezidentə də sərfəlidir – xaricdən Prezidentə olan basqıların bir hissəsini parlament, bir hissəsini hökumət, bir hissəsini isə yeni qaydalarla quralacaq məhkəmə hakimiyyəti öz üzərinə götürüb balans yarada bilər. Dəqiq bilməliyik ki, belə təzyiqlər 100% artacaq – çünki heç kəsə, hətta ən yaxın qardaş-dost saydığımızlara belə hərbi qələbə əldə etmiş, iqtisadi resursları olan ölkənin müstəqil siyasət aparmaq cəhdi sərf etmir, hətta qıcıqlandırır. Hərbi qələbənin “hesabını” da hələ verməmişik, hər kəs öz payını istəyir - istəməkdə də davam edəcək. Hesab təqdim edənlərə cavab vermək üçün isə qəliz, effektiv sistem çox önəmli və həyati əhəmiyyətə malik ola bilər... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar