Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin tənqidçiləri Rusiyanı tərk edir

Son həftələrdə Rusiyada Kremlin bir sıra tənqidçiləri ölkəni tərk edib.

Novator.az-ın məlumatına görə, bununla bağlı Rusiyanın ingilis dilində çıxan “The Moscow Times” qəzetində məqalə dərc olunub.

“Kremlin hansı tənqidçiləri Rusiyanı tərk edib?” başlıqlı məqalədə deyilir ki, ölkədən çıxanlar bunu əsasən həbsdə olan müxalif lider Aleksey Navalnıya dəstək məqsədilə keçirilən etiraz aksiyalarından sonrakı təqiblərlə əlaqələndirirlər.

Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən Rusiyada həbsdədir. O, 2 il 6 ay iki həftə müddətinə azadlıqdan məhrum edilib. Navalnı tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib. 2021-ci ilin aprelində Moskva Şəhər Məhkəməsi Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda da qərar çıxarıb.

“The Moscow Times” qəzetinin məqaləsində qeyd olunur ki, ölkəni tərk edənlərin heç də hamısı Navalnının müttəfiqi deyil. Onların arasında Navalnı ilə əlaqəsi olmayan müxalif siyasətçilər və ziyalılar var.

Məqalədə xatırladılır ki, sentyabrda Rusiyada parlament seçkisi keçiriləcək və bu ərəfədə hakimiyyət müstəqil və müxalifyönlü şəxslərə təzyiqi gücləndirib. Məqsəd seçkidə hakim Vahid Rusiya Partiyasının qələbəsini maneəsiz təmin etməkdir.

“The Moscow Times” Rusiyanı tərk etmiş, habelə ölkədən getməyə hazırlaşan və ya hazırda xaricdə olub bu il orada qalma müddətini artıran tanınmış tənqidçilərdən bir neçəsinin adlarını təqdim edib.

“Pussy Riot”un iştirakçıları

“Pussy Riot” pank-qrupunun bir neçə üzvü ölkəni tərk edib və ya təqib olunacağından ehtiyatlanaraq yaxın günlərdə ölkədən getməyə hazırlaşdığını açıqlayıb.

Aleksandr Sofeyev Rusiyadan iyulun 19-da çıxıb. O, yola düşməzdən əvvəl “Open Media” xəbər saytına açıqlamasında qrup üzvlərinə qarşı davamlı siyasi təqiblər üzündən ölkədən getmək qərarı verdiyini söyləyib. Ancaq Sofeyev birdəfəlik mühacirət etmədiyini və nə vaxtsa Rusiyaya dönmək niyyətində olduğunu vurğulayıb.

“Pussy Riot”un digər üzvü Veronika Nikulşina polisə müqavimət ittihamı ilə 15 sutka inzibati həbs cəzasını çəkib bitirəndən sonra, iyulun 18-də ölkədən çıxıb.

Həm Aleksandr Sofeyev, həm Veronika Nikulşina ölkəni tərk edərkən aeroportda izləndiklərini söyləyiblər.

“Pussy Riot”un digər iştirakçısı, polisə müqavimət ittihamı ilə inzibati həbsə atılan Anna Kuzminıx deyib ki, azadlığa çıxan kimi ölkəni tərk edəcək.

“Pussy Riot”un üzvlərindən Mariya Alyoxina və Lyusi Şteyn isə qış aylarından ev dustaqlığındadırlar. Onlar adamları Navalnının həbsinə etiraz etməyə çağırdıqları vaxt koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş məhdudiyyətləri pozma ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunublar.

Fyodr Kraşeninnikov

“Vedmosti” qəzetinin icmalçısı, həmçinin “The Moscow Times” qəzetinin yazarı, vaxtilə Rusiyada hakimiyyət nümayəndəsinə hörmətsizlik itthamı ilə həbsdə olmuş Fyodr Kraşeninnikov 2020-ci ilin avqustunda Litvaya qaçıb.

İndi Fyodr Kraşeninnikov Litvada qalma müddətini artırmaq niyyətindədir. O, “Facebook” səhifəsində yazıb: “Əvvəlcə polisin mənə olan marağının səngiməsini gözləmək üçün xaricə qısamüddətli səfər planlaşdırmışdım. Təəssüf ki, son aylarda Rusiyada baş verənlər hələ evə tələsməyin lazım olmadığını göstərir”.

İvan Jdanov

Navalnının Korrupsiya ilə Mübarizə Fondunun sabiq direktoru İvan Jdanov müxalif liderin həbsindən sonra fonda qarşı təzyiqlərin artması səbəbindən ölkəni tərk edib. O, 2021-ci ilin əvvəlindən Litvadadır.

Rusiyada Korrupsiya ilə Mübarizə Fondu rəsmən ekstremist təşkilat elan ediləndən və fondun fəaliyyətinə yasaq qoyulandan qurumun işçiləri və tərəfdaşları həbs təhlükəsi ilə üz-üzədir.

İyun ayında Rusiyanın hüquq mühafizə orqanları İvan Jdanovla bağlı axtarış elan edib. İndi Kreml onun İnterpolun “qırmızı xətti” ilə axtarışa verilməsinə çalışır. İvan Jdanovun vəkili Vladimir Voronin müvəkkilinin axtarışa verilməsi qərarı haqqında heç vaxt rəsmən məlumatlandırılmadığını bildirir.

Dmitri Qudkov

İyun ayında müxalif siyasətçi Dmitri Qudkov Ukraynaya qaçdığını elan edib. O, Rusiyada maddi ziyan vurmaq ittihamı ilə qısa müddətə saxlanmışdı. Bundan sonra Qudkov həbs olunmaqdan ehtiyatlandığına görə ölkədən getmək məcburiyyətində qaldığını söyləyib.

Vaxtilə onunla birgə xalasının da saxlandığını xatırladan Qudkov ailə üzvlərinin də həbs təhlükəsi ilə üzləşə biləcəyindən narahatlığını ifadə edib.

Dmitri Qudkov “Telegram” kanalındakı səhifəsində yazıb ki, Kremlə yaxın mənbələrdən aldığı məlumata görə, ona qarşı qurama cinayət işini davam etdirmək və onun həbsinə nail olmaq planlaşdırılırmış.

Dmitri Qudkov qardaşı Vladimir Qudkovun da ölkədən getdiyini açıqlayıb. Siyasətçi həyat yoldaşının və uşaqlarının da tezliklə Ukraynaya gəlmək niyyətində olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar