Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyətləri ləğv edilsin, 14 quberniya yaransın - Təklif

Bir müddət öncə millət vəkili Vahid Əhmədovun təklif etdiyi icra hakimiyyətlərinin ləğvi məsələsi yenidən gündəmə gəlib.

Sosial şəbəkələrdə Azərbaycan Prezidentinin 7 iyul fərmanı ilə ölkədə iqtisadi rayonların 14-ə çatdırıldığı vurğulanmaqla, inzibati ərazi vahidlərinin də bu prinsiplərə uyğun ola biləcəyi ilə bağlı müzakirə açılıb.

Qeyd edilir ki, icra hakimiyyətləri büdcəyə əlavə yük yaradır və yerli özünüidarəetmə orqanlarının inkişafına imkan vermir. Hökumət İH-ləri ləğv etməklə həm büdcəni əlavə yükdən xilas edə, paralel olaraq yerli bələdiyyələrin inkişafı ilə dövlət büdcəsinə əlavə daxilolmalara nail ola bilər.

İqtisadçı Natiq Cəfərli də eyni təşəbbüslə çıxış edib. O bildirib ki, İcra Hakimiyyəti Başçısı institutunun ləğvi və son yaradılmış iqtisadi rayonların həm də inzibati ərazi vahidinə çevrilməsi nəzərdən keçirilməlidir. Beləliklə, həm yerli özünüidarəetmə orqanları inkişaf edər, böyük şəhərlərdə mer seçilər, eyni zamanda büdcəyə yük olan əlavə strukturdan dövlət qurtulmuş olar.

Xatırladaq ki, Prezident İlham Əliyevin 7 iyulda imzaladığı fərmanla Azərbaycanda 12 iqtisadi rayon artırılaraq 14-ə çatdırılıb. Bunlar aşağıdakılardır:

1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonları);

3. AbşeronXızı iqtisadi rayonu (Sumqayıt şəhəri, AbşeronXızı rayonları);

4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, QobustanŞamaxı rayonları);

5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları);

6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşaTərtər rayonları);

7. QazaxTovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirTovuz rayonları);

8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, SiyəzənŞabran rayonları);

9. LənkəranAstara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, MasallıYardımlı rayonları);

10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayonları);

11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, SaatlıSabirabad rayonları);

12. ŞəkiZaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, ŞəkiZaqatala rayonları);

13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, LaçınZəngilan rayonları);

14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonları). 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar