Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda qəbir yerlərini satan kimdir? 

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin bələdiyyəsi qəbir yerlərini satmaqla məşğuldur.

Bu barədə HİT.Az-a qəsəbə sakini Mehriban İsayeva bildirib.

"Bibim rəhmətə gedib. Aparmışıq qəsəbənin qəbirstanlığında dəfn etməyə. Bələdiyyənin işçiləri gəlib deyir ki, 270 manat pul verməlisiniz. Amma izah edə bilmirlər ki, bu pulu niyə verməliyik?”, - deyə vətəndaş əlavə edib.

Mehriban İsayevanın sözlərinə görə, pulu vermədiklərinə görə bələdiyyə işçiləri dəfnə mane olublar: “Dedilər ki, pul verilməsə, ölünüzü burda dəfn etməyə qoymayacağıq. Biz də məcbur olub deyilən məbləği verdik. Əvvəllər burada belə şey olmayıb. Yalnız qəbir qazanlara, ustalara pul vermişik. Amma qəbir yeri üçün pul alınmayıb. Pulu alıb bizə hər hansı sənəd təqdim etmədilər. Bu da o deməkdir ki, qanunsuzluq ediblər”.

Məlumat üçün deyək ki, Hacı Zeylabdin Tağıyev qəsəbəsinin bələdiyyə sədri Əsli Qasımovadır. İnternet resurslarında araşdırma apararkən onun barəsində xeyli sayda tənqidi materialların tirajlandığı üzə çıxır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar