Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Şuşada atəşkəsin pozulmasını etiraf etdi - Amma necə?

Sülhməramlı missiya həyata keçirən Rusiya Müdafiə Nazirliyi bu açıqlaması ilə ATƏT-in Minsk qrupu kimi davranmırmı?..

Siyasi şərhçi: “Hamı yaxşı bilir ki, Ermənistanı tərəfi özbaşına hərəkət etmir. Etsə, ilk növbədə Rusiya onları cəzalandırar”.

Rusiya vəziyyətdın istufadə edib öz qoşunlarını sülhməramlıl adı altında Qarabağa yeritdi. İndi də Rusiya bölgədə istər ATƏT-in Minsk qrupu kimi, istərsə də ölkəsi adından istədiyi təxribatı və hərəkəti edir”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev Rusiya Müdafiə Nazirliyinin Şuşaya açılan atəşlə bağlı yaydığı məlumatı PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya Müdafiə Nazirliyi Şuşaya açılan atəşlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, “Şuşa şəhərinin şimal-qərbindəki ərazidə AzərbaycanErmənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edildi. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb”.

Qeyd edək ki, bu açıqlamada Rusiya Müdafiə Nazirliyi Şuşa ətrafında atışkəsin pozulmasını təsdiqləsə də, ilk atəşin hansı tərəfdən açılmasına aydınlıq gətirməyib. Əslində isə Rusiya sülhməramlıları atəşkəain kim tərəfindən pozulduöunu təsbit etməli və həmin atəş nöqtəsinin ləğv olunmssı üçün konkret addım atmalıydı. Rusiyanın atəşkəsin pozulmasını dağınıq atəş kimi dəyərləndirərək məsuliyyəti hər iki tərəfin üzərinə qoymağa cəhd etməsi onu göstərir ki, Azərbaycan Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, atəşkəs Rusiya sülhməramlılarınln himayəsi altında olan qanunsyz erməni hərbi birləşmələri tərəfindən pozulub.

Digər tərəfdən atəşkəsin pozulmasının intensuv xarakter alması onu deməyə əsas verir ki, ya Rusiya sülhməramlıları üzərilərinə düşən vəzifınin öhdəsindın gəlmirlər, ya da sülhməramlılar atəşkəsin pozulmasına özləri rəvac verirlər. Sülhməramlı missiya həyata keçirən Rusiya bu açıqlaması ilə ATƏT-in Minsk qrupu kimi davranmırmı?

Mövzunu PİA.az-ın əməkdaşı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Ermənistan tərəfinin silahlı qruplaşması Şuşanı atəşə tutursa, bu o deməkdir ki, sülhməramlılar şərait yaradır”.

Belə təxribatların Rusiya üçün də sərf etdiyini düşünən siyasi ekspert PİA.az-a bildirib ki, Rusiya sülhməramlıları həmin yaraqlıları çoxdan tərksilah etməliydi:

Ermənistanda keçirilən seçkilərdən sonra Ermənistan tərəfi müxtəlif istiqamətlərdən atəşkəs rejimini kobud şəkildə pozmağa başladyıblar. Sərhəd pozuntusu bu günlərdə də davam edir. Ən əsası isə odur ki, razılaşdırılan bəyanatın müddəaları pozulur. Çünki bəyanata əsasən erməni yaraqlıları bölgəni tərk etməli idilər. Rusiya həmin yaraqlıları çoxdan tərksilah etməliydi. Buna baxmayaraq hələ də erməni terror qruplaşmaları bölgədə fəaliyyət göstərir və sülhməramlılar ıslində onları qorumaqla məşğuldur. Şuşa şəhərinin erməni qruplaşmaları tərəfindən dağınıq atəşə məruz qalması bunu sübut edir. Ermənistan tərəfi destruktiv yanaşma nümayiş elətdirir, Rusiya da bu destrruktivliyi ört-basdır edir.

Bildiyimiz kimi prezident İlham Əliyev Ermənistan tərəfini sülhə dəvət edib. Bunun üçün Ermənistan tərəfi sadəcə Ermənistanln beynəlxalq aləmdə tanınan mövcud sərhədlərini tanımalıdır. Ancaq qarşı tərəfin bu cür təxribatlar etməsi Azərbaycanı yenidən hərbi güc tətbiq etməyə sövq edir. Düşünürəm ki, Ermənistan tərəfi təxribatlara əl atmaqla guya məğlub olmadıqlarını, sınmadıqlarını göstərmək istəyirlər. Ermənistan tərəfinin təxribat törətməkdə başqa niyyəti isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işlərinə maneəçilik törətməkdir.

Digər bir məqam isə sülhməramlılarla bağlıdır. Hər kəsə sülhməramlıların missiyalarının nə olduğu aydındır. Adından da göründüyü kimi sülhməramlılar sülhü qorumaq, atəşkəs rejiminə sabit saxlamaq, tərəflər arasında əlaqələri nizamlamaq üçün oraya göndərilib. Ancaq biz bütün bunları Rusiya sülhməramlılaının Qarabağdakı gəaliyyətlərində görə bilmirik. Ermənistan tərəfinin silahlı qruplaşması Şuşanı atəşə tutursa, bu o deməkdir ki, sülhməramlılar buna şərait yaradır. Çünki hamı yaxşı bilir ki, Ermənistanı tərəfi özbaşına hərəkət etmir. Etsə ilk növbədə Rusiya onları cəzalandırar.

Elman Vəliyev: “Qarşı tərəfin bu cür təxribatlar etməsi Azərbaycanı yenidən hərbi güc tətbiq etməyə sövq edir”.

Rusiya Müdafiə Nazirliyinin Şuşada atəşkəsin pozulması ilə bağlı verdiyi açıqlaması özlərini təmizə çıxartmaq üçündür. Yəni kiçik təxribatlar ola bilər, ancaq sülhməramlılar bunun qarşısını ala bilir. Əslində belə təxribatlar Rusiya üçün də sərf edir. Çünki Rusiya bu tipli ziddiyətlərə qarşı deyə bilər ki, əgər sülhməramlılar olmazsa, münaqişə tərəfləri arasındakı atəşkəs daimi olmayacaq. Yəni özünü sığortalaya bilir.

Ümumiyyətlə Rusiya bölgəyə sülhməramlıları yerləşdirməyi çoxdan fikirləşirdi və bunu həyata keçirdə bildi. Diqqət etsək, sülhməramlı qismində Rusiya qüvvələrinin bölgəyə gəlməsini Minsk qrupunun digər iki həmsədri təsdiqləmədi. Həmçinin beynəlxalq səviyyədə də bu təsdiqlənmədi. Buna baxmayaraq Rusiya öz qoşunlarını sülhməramlılar adı altında Qarabağa yeritdi. İndi də Rusiya bölgədə istər ATƏT-in Minsk qrupu kimi, istərsə də ölkəsi adından istədiyi təxribatı və hərəkəti edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar