Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX: Axtarışda olan 278 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən döv­lət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qa­nunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əmə­liyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.

Bununla yanaşıDövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, YardımlıXaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pas­portunun qeyri-fəal olması müəyyən edilib.

Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar