Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz,  suverenliyimiz bərpa edildi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Bu heç də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, işğal altında olan torpaqlarımızda həyata keçirdikləri vandalizm aktlarını  unutmaq anlamına gəlmir. Cənab İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, xalqımız  bu vəhşilikləri, Xocalı soyqırımını,  şəhidlərimizi heç zaman unutmayacaq.

Ermənilərin işğal dövründə, eyni zamanda, 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq  Kəlbəcər, AğdamLaçın rayonlarını boşaldarkən törətdikləri vəhşiliklər ölçüyəgəlməzdir. Həmçinin 44 günlük müharibə dövründə döyüş meydanında məğlubilyyətlərini həzm edə bilməyən Ermənistan silahlı qüvvələrinin  sərhəddən uzaq  rayonları beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş  raketlərlə  atəşə tutmaları, onlarla  günahsız insanın ölümünə, yaralanmasına, saysız-hesabsız yaşayış binalarının, fərdi evlərin, mülki obyeklərin dağılmasına  səbəb olduqları dünyaya bəllidir və beynəlxalq aləmin gözü qarşısında baş vermiş vandalizm aktlarıdır. Bütün bunlara rəğmən yenə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin- ABŞ, Rusiya və Fransanın səfirlərinin  bugünlərdə Bakıda akreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərinə qatılmamaları    diqqətdən kənarda qala bilməz.  ATƏT-in Minsk qrupunun, həmçinin BMT Təhlükəsizlik Şurasının  daimi üzvləri kimi ABŞ, Rusiya və Fransa diplomatlarının belə mövqe nümayiş etdirmələri bir daha bu dövlətlərin ermənipərəst siyasətlərinə aydınlıq gətirməklə yanaşı,  Zəfərimizdən sonra  sülh modelinə uyğun olaraq  yeni reallıqlara  dəstək göstərmək əvəzinə, əksinə münasibətlərin gərginləşməsində maraqlı olduqlarını təsdiqlədilər.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatının imzalanmasından, yəni Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının təsdiqindən  sonra ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, QubadlıAğdam rayonlarında olublar: «Bu dəfə isə Qarabğın tacı, mədəniyyət beşiyimiz  Şuşanı ziyarət etdilər. Təbii ki, bu səfərin məqsədi bəllidir. Səfirlərin məramı hər hansı bir dövlətin fəaliyyət göstərdiyi ölkədə elçisi olmaqla bərabər, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına töhfələr vermək olmalıdır.  Erməni vandalizminin izləri ilə əyani tanışlıq, diplomatların  təmsil etdikləri  ölkələri həqiqətlərlə dolğun şəkildə məlumatlandırmaları baxımından belə səfərlər xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bu səfərlər torpaqlarımızın tarixi sahibinə qayıdışının  təsdiqidir. Ümumilikdə 50-yə yaxın dövlət və beynəlxalq təşkilatın 100-dən çox nümayəndəsinin  Şuşaya  səfəri bu baxımdan xüsusi diqqət çəkir.  Şuşaya səfər edənlər arasında Xorvatiya, Bolqarıstan, İtaliya, Latviya, Macarıstan, Niderland, Polşa, Yunanıstan, Türkiyə, Belçika, Estoniya, Litva, eyni zamanda, NATOAvropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Belarus, Qazaxıstan və Tacikistan kimi ölkələrin diplomatları da olublar. Bu səfərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin iştirak etməmələri bu dövlətlərin açıq-aşkar torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın yeni reallıqlar yaratması ilə  barışmadıqlarını nümayiş etdirir.»

Baş redaktor bildirib ki, ATƏT-in Minsk qrupunun  həmsədr dövlətlərinin səfərdə iştirak etməmələri bir daha onlara qarşı etimadsızlıq mühtini dərinləşdirir: «Fransanın  həmsədr dövlət  kimi  fəaliyyətsizliyi, ermənipərəst mövqeyi hər kəsə bəlli olan faktdır. ABŞ-ın indiki Administrasiyası «erməni soyqırımı» ifadəsini işlətməklə    ermənilərə dəstəyini ifadə etdiyi halda sonra  atdığı addımları ilə bunu pərdələməyə çalışsa da, artıq reallıq göz önündədir. Rusiyaya gəldikdə isə 10 noyabr razılaşmasında  vasitəçi tərəf, eyni zamanda,  bölgədə sülhün, təhlükəsizliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının burada yerləşdirilməsinə, Rusiya-Türkiyə  Monitorinq Mərkəzinin  fəaliyyət göstərməsinə baxmayaraq, təəssüf ki, şimal qonşumuz hələ də problemə ikili yanaşma nümayiş etdirməkdədir. Dünyanın super güclərinin bölgədə yaranan yeni reallıqların gerçəkləşməsinə mane olmaq  cəhdləri birmənalı qarşılana bilməz. Düşünürdük ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyalarını yerinə yetirməyən, Ermənistana dəstək olan bu dövlətlər postmüharibə dövrünün reallıqlarının həyata keçməsinə vasitəçi olmaqla, Ermənistanı sülh razılaşmasına məcbur etməklə özlərinə qarşı  inamsızlıqda dəyişiklik edə bilərlər. Amma göründüyü kimi, bu dövlətlər üçün  ədalət meyarı yenədə arxa plandadır.  Belə səfərlərin mahiyyəti  hər halda  ABŞ, Rusiya və Fransa diplomatlarına çox yaxşı bəlli olduğu üçün onlar yenə də seyrçi mövqedə dayanmağa üstünlük verdilər. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri kamera qarşısına keçib həqiqətləri söyləmək  gücündə olmadıqlarını nümayiş etdirdilər. Bununla da erməni sevgilərini, münaqişənin 30 ilə yaxın dövrdə uzanmasının yardımçı olduqlarını təsdiqlədilər.»

 «ABŞ, Rusiya və Fransa səfirlərinin  səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir. Realıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Artıq Dağlıq Qarabağ adlı  ərazi vahidi yoxdur. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanı bunun bir daha təsdiqi, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj oldu» söyləyən baş redaktor qeyd edib ki, dövlətimiz postmüharibə dövrü ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözlədiyi halda, onların ölkəmizdəki elçilərinin belə mövqe ortaya qoymaları əksinə,  qurumun tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlərin əməli işdə öz təsdiqini tapmasını qaçılmaz edir.»

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar