Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST Azərbaycanın vaksinasiya uğurlarını yüksək dəyərləndirdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan bildirilib ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi alqışlanmalı nailiyyətdir.

Qeyd edilib ki, Azərbaycanda vaksinasiya pandemiyanın erkən mərhələsində başlayıb və bu günədək ölkə əhalisinin təxminən 20 faizi peyvəndlənib:

“Bu nailiyyəti alqışlamaq olar, çünki biz bilirik ki, vaksin xəstəliyin ağır formasına yoluxma və xəstəxanaya yerləşdirilmə risqini azaldır. Azərbaycanda yeni yoluxma halları mayın ortalarından etibarən azalır və əhali bununla əlaqədar müsbət əhval-ruhiyyədədir. Amma koronavirus pandemiyası hələ başa çatmayıb və biz yeni ştammların yayılması fonunda çox ehtiyatlı olmalıyıq".

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Həkim-terapevt Leyla Bayramlı bizimlə söhbətində bildirdi ki, pandemiyanın ilk vaxtlarından aktiv şəkildə pandemiya ilə ümumbəşəri mübarizəyə qoşulan Azərbaycan dövləti həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə çox böyük uğurlara imza atıb. L.Bayramlının sözlərinə görə, ÜST Azərbaycana verdiyi qiymətlə ölkəmizi bu dəfə də region dövlətlərindən fərqləndirib və üstünlüyünü qeyd edib.

Ekspert deyir ki, Azərbaycanda vaksinasiya prosesi ilə yanaşı, vaksinasiya sahəsində təbliğat və təşviqat işi də yüksək səviyyədə qurulub.

Azərbaycanda vaksinasiya prosesi yüksək templə gedir və əhalinin vaksinləşməyə könüllü qoşulması bir reallıqdır. Azərbaycanda yanvar ayının ortalarından sonra vaksinasiya işinə başlanıldı və ilk gündən prosesə kütləvi qoşulma hallarının şahidi olduq. Bu gün Gürcüstanda və Ermənistanda əhalinin peyvəndlənməsi bizdəki kimi yüksək templə getmir, bildiyim qədər, Ermənistanda peyvəndlənmə prosesində aktivlik yoxdur, Gürcüstanda isə bizdəki kimi kütləvi deyil. ÜST-ün münasibəti də birmənalı olaraq göstərdi ki, Azərbaycan vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkədir. Dövlət əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və bu vaksinlər alınaraq ölkəmizə gətirilir. Bir məqamı da deyim ki, Azərbaycan heç bir vaxt vaksin ayrıseçkiliyinə yol vermir. Ölkəmiz yüksək keyfiyyətli vaksin istehsal edən ölkələrlə, şirkətlərlə əməkdaşlıq edir, dünyada ən yüksək dərəcədə qəbul edilən vaksinlər ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi müsbət hadisədir və hesab edirəm ki, bu, ölkəmizin böyük uğurlarından biridir” - deyə ekspert qeyd etdi. (Bakı Xəbər)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar