Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident dəyişdi, İran da dəyişəcəkmi?

“Xameneyi ilə fikir ayrılığı yaşayanlar bunun hesabını ödəyiblər”...

ABŞ-ın “The Wall Street Journal” qəzeti yazır ki, İranda hakimiyyətə daha sərt adamın gəlməsi, hətta İranla bağlı hərtərəfli beynəlxalq nüvə proqramının qəbul ediləcəyi təqdirdə belə, İranın dəyişmək niyyətində olmadığı barədə Co Bayden administrasiyasına yollanılan daha bir ismarıcdır.

Yaxın Şərq regionunun sakinləri İrandakı islam inqilabından sonra bu ölkədə heç nəyin ciddi şəkildə dəyişilmədiyini yaxşı bilirlər. İran rejiminin nə zamansa dəyişəcəyinə olan inam sadəcə illüziyadır. İran 40 il ərzində köklü surətdə heç nəyi dəyişdirməyib və yeni-köhnə prezident İbrahim Rəisi bu rejimin hələ səksəninci illərdəki liderlərindən biridir.

Əgər İranın ali dini rəhbəri Əli Xameneyi istəmirsə, heç kim prezident postuna namizədliyini irəli sürə bilməz. Bunu anlamaq üçün İran siyasətini dərindən bilməyə gərək yoxdur. Onu da deyək ki, bu seçki din xadimləri, xüsusilə də ali dini rəhbərin tərəfdarları arasında gedən çəkişməni bir daha açıq nümayiş etdirdi.

Ayətullah Əli Xameneyi son və qəti söz haqqına sahib qüdrətli avtoritar siyasi liderdir. Prezident hər hansı qərar qəbul etməmişdən öncə ona müraciət edir.

Ali dini rəhbərlə prezidentlər arasında tez-tez münaqişələrin baş verməsi sirr deyil. İran prezidentlərinin əksəriyyəti Xameneyi ilə fikir ayrılığı yaşadıqları üçün öz prezident müddətlərini başa vurduqdan sonra bunun hesabını ödəyiblər. Belə ki, İranın keçmiş prezidenti Məhəmməd Hatəminin qardaşı və onun yüzə yaxın tərəfdaşı 2009-cu ildəki prezident seçkilərində Mahmud Əhmədinecatın qələbəsindən sonra həbs edilmişdilər. Həsən Ruhaninin qələbəsindən sonra isə Əhmədinecatın qohumu və ölkənin birinci vitse-prezidenti Rəhim Məşai həbs olunaraq psixiatriya xəstəxanasına salındı.

2013-cü ildə Haşimi Rəfsəncani prezidentliyə namizədliyini irəli sürməyə cəhd göstərdi, lakin onu seçkiyə buraxmadılar. Rəfsəncaninin oğlu Mahdi həbs olundu və 10 il müddətinə azadlıqdan məhrum edildi. Həsən Ruhanı prezident postunu tərk etməyə hazırlaşdığı bir zamanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi mərhum general Qasim Süleymaninin xatirəsini təhqir etməkdə günahlandırdılar.

Qeyd etmək lazımdır ki, hələlik bu münaqişələr İran rejiminin mövcudluğuna təhlükə törətmir, sadəcə olaraq qərarların tərəflərin birinin istəyinə uyğun qəbul olunmasını sürətləndirir. Və adətən bu, İslam İnqilabı Keşikçiləri Korpusunun xeyrinə həll olunur.

Prezidentin səlahiyyət imkanlarına gəldikdə isə, siyasi arenada ali dini rəhbərin oğlu Müştəbanın peyda olmasından və İslam İnqilabı Keşikçiləri Korpusunun təsir sahələrinin genişlənməsindən sonra onun mövqeyi əvvəlki dövrlərlə müqayisədə daha zəif və marginallaşmış vəziyyətdədir.

İndi İslam İnqilabı Keşikçiləri Korpusu xüsusiyyətləri və prinsipləri hələ İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin hakimiyyətinin ilk illərində qurulmuş dini idarəetmə sisteminə son qoymağa çalışır. General Qasim Süleymaninin öldürülməsi bu prosesi ləngitsə də, onu tam dayandırmayıb. İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin iqtisadiyatını nəzarətə götürməklə yanaşı, həm də yüksək vəzifəli məmurları həbsə atır, öz fikirlərini xarici siyasətə sırıyır və İraq, Suriya, Livan və Yəməndəki döyüşçüləri idarə edir.

Əgər nəzərə alsaq ki, İranın xarici siyasəti ali dini rəhbərin tam siyasi iradəsi altındadır, onda deməli, İbrahim Rəisinin prezident seçilməsindən sonra bu istiqamətdə hansısa əhəmiyyətli dəyişikliklər gözlənilmir.

Beləliklə, İranın nüvə proqramıyla bağlı Həsən Ruhani komandasının Vyanada başlatdığı hərtərəfli müştərək fəaliyyət planı qəbul olunacaq. Amma Rəisinin “qələbəsi” İran rejiminin daxili narazılığını sürətləndirəcək. Bu narazılığın təzahürlərini biz 2009-cu ildə meydana çıxan “Yaşıllar hərəkatı” zamanı müşahidə etmişik. Həmin dövrdə etiraz aksiyaları ilk başlarda iri şəhərlərlə məhdudlaşırdı, lakin buna baxmayaraq, çox tezliklə etirazlar İran rejiminin söykəndiyi kənd yerlərinə də sıçramışdı.

Tehrandakı üçlük - prezident Rəisi, İslam İnqialbı Keşikçiləri Korpusu və Müştəba Xameneyi Əfqanıstanda və ərəb ölkələrində işğalçı siyasətlərini davam etdirəcək və daxili iğtişaşları sərt şəkildə əzəcəklər.

“Ashraq Al-Awsat” - Səudiyyə Ərəbistanı

Tərcümə: “AzPolitika.info”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar