Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO sammitindən, Cenevrə görüşməsindən sonra siyasi arena bir xeyli dəyişəcək!

Üç böyük dünya liderinin (Ərdoğan, Putin, Bayden) görüşləri siyasi müstəvidə yeni izlər qoyacaq. Baydenlə Ərdoğanın görüşü Putinə nisbətən daha yumşaq formada keçdi.

ABŞ Əfqanıstandan qoşunlarını geri çəkdikdən sonra paytaxt Kabil hava limanının müdafiəsini Türkiyə təmin edəcək. Türkiyə bildiyimiz kimi, NATO-da aparıcı qüvvədir. Sammitdə Baydenlə görüşdə bu mövzu da müzakirə predmetinə çevrildi. Bayden bölgədə bir tərəfdaş kimi Türkiyəni görür. Yəni öz maraqlarını Türkiyə vasitəsilə həyata keçirmək istəyir. 1950-ci illərdəki Koreya müharibəsində də Türkiyədən istifadə elədi.

Türkiyəni NATO-ya daxil etmək üçün müharibəyə qoşun göndərməsini təmin etmişdi. Halbu ki bu müharibənin Türkiyəyə heç bir aidiyyatı yoxidi. Bu gün qoşununu Əfqanistandan geri çəkməsinə baxmayaraq buraları başqalarına, xüsusilə də Rusiyaya buraxmaq niyyətində deyil. Ən alternativ kimi Türkiyəni bilir. Türkiyənin, İranın, Əfqanıstanın xarici işlər nazirləri 20 İyunda Antalya Diplomasiya Formunda Kabil hava limanı ilə bağlı məsələ ortaya qoyuldu. Türkiyə bölgədə lazımlı bir güc dövlətidir. Baydenlə S400-lər məsələsi də müzakirə edilmişdi. Çox güman sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlərin iclası keçiriləcək. Bayden burda bəzi dövlət başçılarına Ağ Evdə görüşmək dəvəti verəcək.

Cenevrədə Putinlə görüşdə Bayden Putini dəvət etmədi. Amma ola bilsin ki, Ərdoğanı sentyabrdan sonra sonra dəvət etsin. Dediyim kimi, NATO-dakı Ərdoğanla-Bayden görüşü müsbət keçdi. Əgər Bayden Ərdoğanı dəvət edərsə, maraqlarını təmin etməlidir. Türkiyə tərəfi bəzi kompromislərə getməlidir. Türkiyə yumşaq siyasət yeritməklə bölgədə gücünü artıra bilər.

Digər bir məsələ isə Baydenin səfəri zamanı Böyük Britaniya Baş Naziri Boris Consonla görüşü idi. Bu görüşdə hər iki tərəf yeni bir “Atlantika xartiyası” imzaladırlar. Britaniya Avropa Birliyindən ayrıldıqdan sonra bir müddət siyasətdən kənar durmuş kimi görsəndi. Amma indi aşkar formada öz maraqlarını təmin etməyə çalışacaq. ABŞ Əfqanısandan geri çəkilməyə başlarkən Suriyaİraqın bəzi hissələrindən də geri çəkilməsi haqqında məlumat var. Bayden yaxşı bilir ki, illərdi dünyanın bir çox yerində mübarizə Amerika üçün baha başa gəlir. Ən çox xarici borucu olan dövlət məhz Amerikanın özüdür. Bayden çalışır ki, maraqları başqalarının əli ilə az xərclə təmin etsin. Xartiya imzaladıqdan sonra İnglis döyüş təyyarələrinin Suriyada, İraqda İŞID-a qarşı mübarizədə daha aktiv olacağı bildirilir. Bu göstərir ki, Britaniyanı artıq meydanlarda daha tez-tez görəcəyik. Eyni zamanda Baydenin Consonu Ağ evə dəvət etməyi də ola bilər.

Ən mühüm məsələlərdən ilklərdə dayanan Cenevrədə Baydenlə Putinin görüşüdür. Baydenin inaqurasiyasından sonra Putinlə münasibətlər kəskinləşdi. Ancaq sonra anladı ki, bu gərginliyin daha da artması öz əleyhinə gedir. Rusiya Çinlə yaxınlaşmaya başladı ki, bu da ABŞ üçün yaxşı hal olmadı. Ancaq buna baxmayaraq Bayden Rusiyanın güclənməsini istəmir. Görüş zamanında da bu büruzə veriridi. Ukrayna məsələsi müzakirə olundu. Qərb və ABŞ Ukraynanı NATO-ya üzv etmək istəyirlər. Daha əvvəl Belarusa niyyətlənmişdilrə, ancaq Rusiya Lukaşenkoya dəstək verərək planları puç etdi. Rusiya yaxşı bilir ki, Ukrayna ilə aranı buzlaşdırsa, bundan istifadə edəcklər. Məhz bu üzdən Donbasda baş verən müharibə sitüasiyasında güzəştə getdi. Bayden Putinə Donbass məsələsini “Minsk razılığı” əsasında həll etməyin tərəfdarı olduğunu bildirdi.

Bu razılaşma 2014-cü il Kırım münaqişəsindən sonra prosesləri razılıq əsasında həll etmək üçün imzalanmışdı. Razılaşmaya görə bölgədə atəşkəs qurulacaq, məhbus mübadiləsi aparılacaq, Kiyev rəhbərliyi mərkəzi gücünü azaldacaq, yerli hökumətlərin səlahiyyətlərini artıracaq və Donbasa xüsusi status verəcək konstitusiya dəyişikliyi ediləcək. Digər tərəfdən Rusiyapərəst separatçılar Ukrayna-Rusiya sərhədindəki nəzarəti dövlətə qaytaracaq və silahlarını bölgədən çıxardacaqlar. Lakin razılaşmaların həyata keçirilməsinə bu günə qədər iki tərəfin atəşkəsi pozduğuna dair ittihamlar maneə olub. Ukrayna kartından Rusiyaya qarşı daim bir vasitə kimi istifadə edirlər. Qərb və ABŞ səy göstərirlər ki, Rusiyanın caynaqları altında olanları özlərinə yaxınlaşdıraraq asılılıqdan çıxarsınlar. Ukrayna tərəfi də qərbə meyllidir, sadəcə ehtiyat edir. Meydanda tək qalmasından(necə ki 2014-cü ildə tək qoyduqları kimi) ehtiyat edir.

Amerika zənn edirəm ki, bundan sonra əsas Çin təhlükəsini hiss edəcək və buna uyğun addımlar atmağa çalışacaq!


Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubu sədri, Siyasi ekspert Elman Vəliyev

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar