Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Ermənistan heç bir dəhliz yaratmaq məsələsini müzakirə etməyib”.

Pravda.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sərsəm və seçkiyə hesablanmış fikirləri Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan səsləndirib.

İrəvandakı mitinqdə çıxışı zamanı Paşinyan Ermənistan ərazilərinin statusunun kommunikasiyaların blokdan çıxarılması çərçivəsində dəyişməsini istisna edib.

Nikol seçkiyə saatlar qalmış xal qazanmaq üçün Azərbaycanı ittiham etməkdən də çəkinməyib. O kommunikasiyaların açılmasını guya Azərbaycanın sərt bəyanatlarının əngəllədiyini bildirib. Bununla da “ən yaxşı erməni, elə ölü ermənidir” fikirlərinin doğruluğunu sübuta yetirib.

Nikol həmçinin erməni diversantların hamısının tezliklə qaytarılacağına ümid etdiyini deyib. Paşinyanın bu açıqlamalarının açı-aşkar seçkidə qalibiyyətə və xalqın səsini qazanmağa hesablandığını görmək mümkündür.

Görünür “Zəngəzur dəhlizi”nin açılmasından söhbət gedə bilməz deyən Paşinyan kapitulyasiya aktına necə imza atdığını və “dəmir yumruq” zərbəsini unudub. İkinci “dəmir yumruq” zərbəsi isə təkcə Paşinyan və onun ordusunun məğlubiyyəti ilə deyil, bütünlükdə Ermənistanın dövlət kimi varlığının məhv olmasına gətirib çıxara bilər. Ona görə də, Paşinyan danışmazdan öncə mütləq düşünməlidir. (Konkret.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar