Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin bir addımlığındakı adam –işgəncələrə məruz qalsa da Roxus Miş fürerin əleyhinə ifadə verməyib

Ağır müharibə illərini görməsinə, gərgin rejimdə işləməsinə, SSRİ-nin ən dəhşətli həbsxanalarından biri olan “Butırka”da səkkiz il işgəncələr altında cəza çəkməsinə baxmayaraq o, uzun bir ömür yaşayıb – 96 il. Roxus Miş İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin qələbə eyforiyasını da, sarsıntısını da, intiharını da öz gözləri ilə görüb...

1917-ci ildə Polşada anadan olan Roxus Miş 5 yaşında olanda hər iki valideynini itirib və nənəsinin himayəsində böyüyüb. Orta təhsil aldıqdan sonra Kölndə rəssamlıq məktəbində oxuyub, sonra Almaniyaya köçərək öz sənəti üzrə rəssam işləyib.

Roxus Miş siyasətdən uzaq adam olub və heç vaxt ağlına gətirməyib ki, nə vaxtsa dünya iddialı Adolf Hitlerin bir addımlığında xidmət edəcək. Fürerin yaxın ətrafına düşməsi isə hərbi xidmətə çağırılması ilə bağlı olub. Belə ki, Roxus Miş 1937-ci ildə hərbi xidmətə çağırılıb və o, xidmətini SS-də keçirib. 1939-cu ildə İkinci dünya müharibəsi başlananda Miş Polşanın işğalı zamanı hərbi əməliyyatlarda yaralanıb. Müalicə aldıqdan sonra isə yenidən SS sıralarına qayıdıb.

1940-cı ildə Adolf Hitlerin mühafizə xidməti genişləndiriləndə Roxus Miş seçilmişlərin sırasına düşüb. Beləliklə, o, 1940-cı ildən 1945-ci ilin may ayına, Hitlerin intihar gününə qədər fürerin əsas mühafizəçilərindən biri olub.

Roxus Miş təkcə mühafizəçi kimi deyil, həm də Hitlerin kommutatorunda da çalışıb. Bütün məxfi danışıqlar, telefon müzakirələri onun qulaq yaddaşından keçib.

Müasirlərinin yazdıqlarına görə Hitler Roxus Mişi özünə çox yaxın buraxıb, ona daha çox inanıb, etibar edib. Hitlerin bunkerində Roxus Miş yeganə şəxs olub ki, silah gəzdirmək hüququna malik olub.

Kimliyindən asılı olmayaraq, hətta Göbbels, Borman, Herinq də Hitlerin kabinetinə Roxus Mişin nəzarətindən keçməmiş girə bilməyiblər. Fürerin bütün telefon zənglərinə Miş cavab verib.

Fürerlə mühafizəçinin münasibətlərini yaxınlaşdıran amillərdən biri də hər ikisinin rəssamlığa olan böyük marağı olub. Onlar bəzən saatlarla bu mövzuda fikir mübadiləsi aparıblar.

Beş il ərzində Roxus Miş Hitleri bütün səfərlərində müşayiət edib. Səfərlər zamanı onun işi daha da gərgin olub. Fürer qeyri-rəsmi olaraq səfərlər zamanı qida rasionuna, ərzaq məhsullarına nəzarəti də Roxus Mişə həvalə edib ki, bununla da Miş fürerin xidməti personalı üzərində əmr etmək hüququna malik olub.

Roxus Miş Hitlerin son gününə qədər onun yanında olub və fürerin intiharına da şahidlik edib. Hətta Hitlerin ölümündən sonra da iki gün bunkeri tərk etməyib. Mayın 2-də qaçmağa cəhd edəndə isə sovet hərbçiləri onu əsir götürərək Moskvaya göndəriblər.

Fürerin mühafizəçisi “Butırka” həbsxanasında saxlanılıb. Sorğu sual zamanı o, Hitlerlə bağlı heç bir açıqlama və informasiya verməyib. Sonralar Roxus Miş öz memuarlarında SSRİ-də həbsdə olduğu illəri belə xatırlayıb:

“Səkkiz illik həbsxana həyatım cəza deyildi, əsl cəhənnəm əzabı idi. Dünyanın ən ağlasığmaz işgəncə metodları mənim üzərimdə tətbiq edilirdi. Əl-qolumu bağlayıb saatlarla ayaqlarımı çəkiclə döyürdülər. Buzlu suyu bədənimə töküb məni buzxanaya bənzəyən kameraya salırdılar. Həbsdə olduğum səkkiz ildə beş dəfə məni ölmüş bilib xəndəyə atmaq istəyiblər. Sonra nəfəs aldığımı görüb, yenidən işgəncələr veriblər. Bu cür idi sosialist və “humanist” SSRİ-nin insanlığa olan münasibəti. Anlamırdım ki, məndən nə istəyirlər. Artıq Hitler yox idi, intihar etmişdi. Mən ölmüş bir adam haqqında nə danışmalıydım axı? Sona qədər də Hitlerin əleyhinə bir kəlmə də söz demədim. Bu isə onları hədsiz dərəcədə qıcıqlandırırdı...”

Bütün bu işgəncələrə dözən Roxus Miş 1953-cü ildə azadlığa buraxılıb və Berlinə qayıdıb. O, bir müddət boya və ev avadanlıqları biznesi ilə məşğul olaraq bir neçə dükana sahib olub. 68 yaşında biznesini satıb.

Ömrünün son illərində Roxus Miş memuarlarını yazmaqla məşğul olub. Onun bir neçə kitabı çıxıb, haqqında sənədli film çəkilib, kitabları müxtəlif dillərə tərcümə olunub və böyük oxucu auditoriyası qazanıb.

Mətbuata həmişə açıq olan mühafizəçi jurnalistlərlə söhbətində Hitleri “boss” kimi təqdim edib və onun əvəzolunmaz bir şəxs olduğunu bildirib. Fürerlə işlədiyi illəri ömrünün ən qiymətli dövrü olduğunu bildirib.

Sonuncu müsahibələrində Roxus Miş həyatının ən ağır günü haqqında da açıqlama verib:

“1945-ci ilin aprelin 22-də sovet qoşunları Berlini tam mühasirəyə alanda fürer hamımızı yanına çağırdı, bildirdi ki, Almaniya məğlub olub, artıq hamınız gedə bilərsiniz. Həmin gün Hitlerin üzündə olan cizgiləri mən bu gün də unutmamışam...”

Roxus Miş 2013-cü ildə, 96 yaşında Berlindəki mənzilində ürək tutmasından vəfat edib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar