Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərdə jurnalistlərlə birlikdə minaya düşən məmur hadisədən danışıb

"Biz çəkiliş qrupu ilə birgə Susuzluq kəndinə gedirdik, artıq kənddə idik. "Əzgillik" adlandırılan ərazidən keçirdik ki, avtomobilimiz minaya düşdü. Mən kabinədə qapı tərəfdə, ortada isə AZTV-nin əməkdaşı Emin (Emin Məmmədov - red) əyləşmişdi. Telefonumla çəkiliş edirdim və yolun sağında bir dağılmış ev vardı. O evi tanış kəndçimizin evinə oxşatdım və istədim kameranı döndərib oranı çəkim. Lakin anidən partlayış baş verdi".

Bunu Kəlbəcərdə media nümayəndələri ilə birgə minaya düşən rayonun Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kamil Abdullayev "Report"un Qərb Mərkəzinə müsahibəsində deyib.

Onun sözlərinə görə, partlayışdan dərhal sonra maşın yanmağa başlayıb: "Hadisə nəticəsində mən və Emin başımızdan yaralanmışdıq. Sürücü də yüngül yaralanmışdı. Onlara dedim ki, özlərini itirməsinlər. Mən keçmiş döyüşçü olmuşam, özümü itirmədən tez "KamAZ"ın qapısını açdım, maşından düşüb kənarlaşdıq. Maşın tamam dağılmışdı. Bu zaman maşının kuzovunda olan Yanşaq kənd icra nümayəndəliyinin əməkdaşı Şöhrət Cəfərovun səsi gəldi. Baxdıq ki, yarı huşsuz halda dağılmış avtomobilin dəmirlərinin üzərindədir. Tez onu sürüyüb ordan çıxardıq. Daha sonra digərlərini axtarmaq üçün maşına yaxınlaşmaq istədik. Lakin birdən avtomobilin yanacaq çəni partladı. Biraz gözləyib təzədən avtomobilə yaxınlaşdıq və gördük ki, heç kim yoxdur. Birdən gözüm avtomobilin qabağındakı yola sataşdı. Gördüm ki, bir meyit bəridə, biri də ondan biraz kənardadır. Bu vaxt polislər də əraziyə çatdı. Orda media əməkdaşından biri dedi ki, yolda görünən meyitlərdən biri AZTV-nin əməkdaşı Siracın (Sirac Abışov - red), digəri isə AZƏRTAC-ın müxbiri Məhərrəmindir (Məhərrəm İbrahimov - red). Mən illərdir müavinim olan Arifi (Arif Əliyev - red) axtarırdım. Hadisə yerində olanlardan kimsə dedi ki, yoldan aşağıda daha bir meyit var. Düşündüm ki, o Arifdir. Lakin sonra meyitlərə yaxınlaşdıq. Onda bildim ki, Arifin meyiti elə maşının yaxınlığına düşəndir. Dərəyə düşən isə Siracın meyiti idi. Sonra məni və digər xəsarət alanları NİVA ilə hospitala gətirdilər".

K.Abdullayev avtomobilin qabaq təkərinin minaya düşdüyünü ehtimal edir: "Maşının sürəti çox idi. Yola tank əleyhinə mina basdırıblar. Həmin minalar isə bir neçə saniyə içərisində patlayır. Çox güman ki, maşının ön təkəri minanı işə salıb və kabinə ilə kuzov arasında olan hissədə isə partlayıb. Partlayışın gücü maşını göyə qaldırdı və tərs istiqamətə çevirdi. Həmin an çəkiliş etdiyim telefon əlimdən kabinəyə düşdü və kamera bir neçə dəqiqə yuxarını çəkib. Kadrlardan da göründüyü kimi, minanın partlayışı o qədər güclü olub ki, avtomobilin bəzi dəmir parçaları göydən düşürdü. Minanın öncədən və ya sonradan basdırıldığı barədə bir söz deyə bilmərəm. Amma mən bildiyimə görə, həmin yol işlək olub və orada heç bir mina aşkarlanmayıb".

K.Abdullayev hazırda ev şəraitində müalicə alır.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar