Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın nüvə proqramına dair danışıqların daha bir mərhələsi başlayır

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planını (JCPOA) yenidən icraata qaytarmaq barədə danışıqlar əyani formatda Vyanada iyunun 12-dən davam etdiriləcək.

PİA.az xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bu barədə açıqlamasında Çin, Fransa, Almaniya, Rusiya, Birləşmiş Krallıq, İran daimi nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlara Aİ ali nümayəndəsi Josep Borrelin adından EEAS siyasi direktoru Enrik Mora sədrlik edəcək. Danışıqlarda JCPOA-ya ABŞ-ın qayıtması imkanları və bu planın tam, səmərəli icrası yolları müzakirə olunacaq.

Qeyd edək ki, JCPOA-nın ilkin variantda bərpa olunmasına dair danışıqlar aprel ayından aparılır. Ekspert qrupları tərəfindən JCPOA-nın bərpası çərçivəsində İrana qarşı sanksiyaların ləğv olunması və həmin ölkənin sözügedən sənəddə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsilə bağlı çalışmalar aparılır.

Həmçinin, 2018-ci ildən JCPOA-nı tərk edən, indi isə qayıtmağı düşünən ABŞ nümayəndələri ilə JCPOA üzv ölkələr arasında danışıqlar da davam edir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar