Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Caliber”in növbəti təhlili: “Nəcib” erməni ailəsində qalmaqal” - Video

“Caliber” layihəsinin növbəti buraxılışında Ermənistanda qarşıdan gələn seçki və namizədlərin pafoslu çıxışları məsələsinə toxunulub.

Layihənin “Youtube” kanalında paylaşılan “Nəcib” erməni ailəsində qalmaqal” adlı videoda Ermənistanda iqtidar uğrunda “savaşan” namizədlərin ikrah hissi yaradan vəd və çıxışları təhlil olunub.

Ermənistan parlamentinə seçkilər yüksək notla başa çatır. Seçicilərə gah “Ararat”ı (Ağrı dağı – red.), gah da səmadakı Ayı söz verməyə hazır olan qələbəyə əsas namizədlərin hamısı seçki isterikasına qoşulur.

Əslində bir zamanlar özünün hansısa məqsədləri üçün Paşinyanı himayə edən keçmiş prezident Serj Sarqsyan baş nazir səlahiyyətlərinin icraçısına Azərbaycanda saxlanılan terrorçularla (İrəvanda sadəcə hərbi əsir hesab olunurlar) oğlu Aşotu mübadilə etməsini təklif edib.

Paşinyan onun çağırışını qəbul edib və eyni zamanda rəqibini təcrübəli “sutenyor” adlandırıb.

Başqa nə etsin? Seçkilərə faktiki olaraq bir həftə qalıb”, - deyə “Caliber” qeyd edib.

Videoda həmçinin Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bu iki “siyasətçi” arasında gedən mübarizədə səsləndirilən fikirlərin erkən orta əsrlər dövrünü xatırlatdığı vurğulanır. Çünki məhz həmin dövrlərdə baronlar öz itaət və sadiqliklərini göstərmək üçün imperatorlara girov kimi öz oğullarını göndərirdilər.

“Lakin Nikol Paşinyandan vətən və xalq uğruna öz oğlunu qurban verən antik qəhrəman çıxmaz. O, çox gözəl anlayır ki, Azərbaycan Prezidenti bu təklifi yalnız təəccüblə qarşılayacaq. Ermənistanda hakimiyyət uğrunda savaşanların qaytarmaq istədikləri “əsir”lər indi məhkəmə qarşısındadır. Bu məhkəmə onların Azərbaycan ərazisindəki əsl fəaliyyətlərini bütün dünyaya göstərəcək”, - deyə videoda bildirilir.

Ətraflı “Caliber”in növbəti təhlilində:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar