Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda gərgin seçki təşviqatı... - Yeravanda seçkidən sonra vətəndaş müharibəsindən danışırlar...

Hazırkı gərgin seçki prossesi postseçki dönəminə necə təsir edəsək?..

Politoloq: “Ermənistanda erkən parlament seçkiləri elan olunandan bəri ölkədə çox ciddi proseslər baş verir”.

“Seçkidən sonra Ermənistanda vətəndaş müharibəsinin olması gözləniləndir. Çünki bu gün Ermənistanda seçki mühitinin formalaşmadığını, vətəndaşların böyük əksəriyyətinin seçkiyə marağının olmadığını gördüyümüzə baxmayaraq hakimiyyət uğrunda mübarizə aparan, seçkidə qələbə çalmağa iddialı olan tərəflər, partiyalar bir-birlərinə qarşı revanşist çıxışlar edirlər”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistandakı gərgin seçki prosesini və onun mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda seçki təşviqatı çox sərt və gərgin başlayıb. Tərəflər bir-birilərinə qarşı açıq nifrət hissi sərgiləyir və seçkidən sonra olanlara görə intiqam alacaqlarını gizlətmirlər.

Məsələn bir neçə gün öncə Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirmişdi. Dünən isə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd etdi.

Sarkisyan prezidentliyi illərində daim “kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib. O, Nikol Paşinyana 24 saat vaxt verib:

“Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O, yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya faktları təqdim edəcək ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək” - Sərkisyan deyib.

Robert Köçəryanın tərəfdarları isə açıq şəkildə vandettadan (qisas almaq) danışırlar. Paşinyan da öz növbəsində siyasi rəqiblərinə qalib gələcəyi təqdirdə siyasi rəqiblərinə qarşı total təqiblər başaladacağını gizlətmir. Lakin görünən odur ki, seçkidə heç bir tərəf hakimiyyətə təkbaşına gələ bilmək üçün yetərli səs qazana bilməyəcək. Bu isə seçkidən sonra Ermənistanda xaosun daha da böyüyəcəyi və vətəndaş müharibəsinə qədər irəliləməsi ehtimalının böyük olduğundan xəbər verir. Bəzi analitiklər isə indidən seçkidən sonra vətəndaş müharibəsinin başlayacağını belə istisna etmirlər. Ermənistandakı seçki marafonunu necə dəyərləndirmək olar və hazırkı gərgin seçki prossesi postseçki dönəminə necə təsir edə bilər?

Ermənistandakı seçkiqabağı prosesləri PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistan cəmiyyəti tək Azərbaycana qarşı deyil, öz maraqlarına görə bir-birlərinə qarşı amansızlıqlara yol verə biləcək toplumdur”.

Hazırda Ermənistanın baş naziri olan Nikol Paşinyanla rəqabət aparan “Qarabağ klanı”nın cinayətkar nümayəndələrinin şanslarının hələ də o qədər yüksək olmadığını düşünən politoloq PİA.az-a açıqlamasında Ermənistan cəmiyyətinin indiki yaşadıqları acınacaqlı vəziyyətin günahını məhz həmin şəxslərdə görürdüyünü vurğulayıb:

Ermənistanda erkən parlament seçkiləri elan olunandan bəri ölkədə çox ciddi proseslər baş verir. Hətta deyərdim ki, Ermənistanın kaptulyasiyası və Azərbaycanın qələbəsi olan 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanda siyasi təlatümlər baş verməkdədir. Biz bunu müşahidə edirik.

Təbii ki, seçkidən sonra Ermənistanda vətəndaş müharibəsinin olması gözləniləndir. Çünki bu gün Ermənistanda seçki mühitinin formalaşmadığını, vətəndaşların böyük əksəriyyətinin seçkiyə marağının olmadığını gördüyümüzə baxmayaraq hakimiyyət uğrunda mübarizə aparan, seçkidə qələbə çalmağa iddialı olan tərəflər, partiyalar bir-birlərinə qarşı revanşist çıxışlar edirlər. Bu da bir daha onu göstərir ki, seçkidə qalib gələn tərəf məğlub tərəflə amansız davranacaq. Hətta siyasi vendettalının da olacağı istisna olunmur. Bu da onu göstərir ki, Ermənistan cəmiyyəti tək Azərbaycana qarşı deyil, öz maraqlarına görə bir-birlərinə qarşı amansızlıqlara yol verə biləcək toplumdur.

Hazırda Ermənistanın baş naziri olan Nikol Paşinyanla rəqabət aparan “Qarabağ klanı”nın cinayətkar nümayəndələrinin şansları hələ də o qədər yüksək deyil. Çünki Ermənistan cəmiyyəti indiki yaşadıqları acınacaqlı vəziyyətin günahını məhz həmin şəxslərdə görür. Hətta indi Ermənistanın keçmiş prezidenti olan Serj Sərkisyan Paşinyana oğlunu Azərbaycanda olan hərbi əsrlərlə dəyişməsi təklifini irəli sürüb. Paşinyanın da bu təklifə müsbət cavab verməsini seçki öncəsi populist addım hesab edirəm.

Əslində nə Nikol Paşinyan, nə Serj Sərkisyan, nə də Robert Köçəryan əsirlər müqabilində öz övladını Azərbaycan tərəfə verməyəcək. Həmçinin Azərbaycanın da bu təklifə müsbət yanaşmayacağını düşünürəm. Çünki Azərbaycan təməli olan dövlətdir və bu dövlət hüquqi məsuliyyəti olmayan şəxsləri girov götürə bilməz. Bu bir mənalıdır. Ona görə də istər Sərkisyanın, istərsə də Paşinyanın bu məsələ ilə bağlı bəyanatları ucuz populizmdən başqa bir şey deyil.

Xəyal Bəşirov: “Azərbaycan təməli olan dövlətdir və bu dövlət hüquqi məsuliyyəti olmayan şəxsləri girov götürə bilməz. Bu bir mənalıdır”.

Xatırladım ki, birinci Qarabağ müharibəsində Ermənistana Azərbaycan əsirlərinə qarşı amansız davranırdılar. Amma ikinci Qarabağ müharibəsində Azərbaycana əsir düşən əsgərlər müharibədən sonra Ermənistana qaytarıldı. Bu da Azərbaycan dövlətinin aliliyini bütün dünyaya və Ermənistan cəmiyyətinə sübut etdi.

Srağagün Ermənistan ərazisindən Azərbaycan ərazisinə bir hərbiçi keçdi. Amma Azərbaycan tərəfi araşdırıb bildi ki, həmin hərbiçi yolunu azaraq bizim tərəfinə keçib. Yəni o hər hansı diversant, terrorçuların tərkibinə aid deyildi. Buna görə də Azərbaycan həmin hərbçini Ermənistana qaytardı. Bu da onu göstərir ki, Azərbaycan dövləti həqiqətən də heç bir hüquq pozuntusuna yol vermir.

Qeyd edim ki, AzərbaycanErmənistan arasında hərbi əsrlərin dəyişdirilməsi oldu. Yəni Azərbaycan erməni əsrləri Ermənistana, Ermənistan da Azərbaycan əsrləri Azərbaycana verdi. Ermənistanın atdığı son addımlardan sonra biz 30 il müddətində hansı hüquqsuzluğun, qanunsuzluğun, cinayət qanunlarının hökm sürdüyü cəmiyyətlə, dövlətlə üz-üzə durduğumuz, mübarizə apardığımız daha yaxşı anladıq. Biz bu mübarizəni bu gün də aparırıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar