Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra Hakimiyyəti 2 ay əvvəl yaranan və 2 manat kapitalı olan şirkətə 198 min manat ayırdı – Müəmma

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “El Sev LGN” MMC (VÖEN: 1805220461) olub.
Binəqədi rayon MKTB təsərrüfat malları üçün “El Sev LGN” MMC-yə 198 min manat ödəyəcək.

Məlumat üçün qeyd edək ki, 198 min manatlıq tenderin qalibi olan “El Sev LGN” MMC müsabiqə elanından (Dövlət Satınalmaları Portalında yerləşdirilməyib) cəmi 2 ay əvvəl – 12.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Yeni Romana qəsəbəsi, 9-cu mədən, ev. 57”-də yerləşir. “El Sev LGN” MMC -nin qanuni təmsilçisi Cavadov Elvin Zahid oğludur.

Eyni gündə eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qanuni təmsilçisi Cavadov Elvin Zahid oğlu olan daha bir 2 şirkət - “S.LL.Gens” MMC də dövlət qeydiyyatına alınıb.

Maraqlı məqamlardan biri də odur ki, son zamanlar “El Sev LGN” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir-neçə şirkət qeydiyyata alınıb. Bu şirkətlərdən birinin adı "COVID 2020" olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar