Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi özünə “Turan” qurub – “Tender camaşırxanası”

Son bir il yarımda koronavirus pandemiyasına görə Təhsil Nazirliyinin tədris sahəsində olan fəaliyyətini fasilələrlə davam etdirsə də, digər sahədə, yeni təhsil müəssisələrinin tikintisi və təmiri yönündəki fəaliyyətini davam etdirdi. Bu məqsədlə nazirlik xeyli sayda satınalmalar həyata keçirib.

Qlobal.az xəbər saytı Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “cari təmir” lotları üzrə sifarişçi olduğu bir neçə şübhəli satınalma üzərində aaraşdırma aparıb.

Öncə qeyd edək ki, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2020-ci ilin oktyabr ayının 26-da “Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması” və “Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması” lotları üzrə iki satınalma həyata keçirib.

İdarə Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmirinə 166.120 manat, Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinə isə 121.540 manat ayırıb. Hər iki satınalma müqaviləsində ZaqatalaBalakən rayonlarının 1 məktəbinin təmir olunması nəzərdə tutulub. Ancaq müqavilədə məktəblərdə görüləcək işlərin predmetləri barədə məlumat verilmir.

Əsaslı Tikinti və Təchizat İdarəsinin sözügedən tenderinin qalibi “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

“TURAN.İ.O” MMC 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. On manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, təmit-tikinti işləri aparmaq üçün hansı lisenziyalara sahib olması barədə məlumat verilmir.

Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi şübhə doğuracaq satınalmalarının cari ildə də davam etdirib.

Belə ki, İdarə 2021-ci ilin may ayının 5-də daha iki tenderə yekun vurub.


Qəribədir ki, bu iki tenderin qalibi də ötən ildə olduğu kimi yenə “TURAN.İ.O” MMC olub.

ZaqatalaQax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması” lotları üzrə keçirilən tenderin ümumi məbləği (159318+208244) 367.562 manat təşkil edib. Müqavilələrə əsasən Zaqatala rayonunun 3, Qax rayonunun isə 5 məktəbində təmir işləri aparılacaq.


Burada maraqlı olan məqam isə Əsaslı Tikinti və Təchizat İdarəsinin 4 dəfə qalib elan etdiyi “TURAN.İ.O” MMC-nin hazırda dövlətə 11.310 manat vergi borcunun olmasıdır.


Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişçi olduğu satınalmalarda görüləcək işlərin dəfələrlə “şişirdildiyi” deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar