Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu və Tramp: ABŞ-da parçalanmış yəhudi lobbisinin taleyi necə olacaq?..

Tramp-Netanyahu cütlüyü yeni nəsilləri İsraildən uzaqlaşdırıb. Bu kənarlaşdırma prosesi isə Demokratların Proqressiv qanadında İsrailə qarşı tənqidlərin artmasına səbəbi olub...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 iyun 2021-ci il

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Bünyamin Netanyahuya onu “Bibi” ləqəbi ilə çağıracaq qədər yaxın idi. 4 illik prezidentlik dönəmində Netanyahuya böyük dəstək verən Tramp ABŞ-ı ağ amerikalılardan ibarət olaraq görən ideoloji bir düşüncə tərzinə sahibdi idi. Netanyahu seçki kampaniyalarında Trampla çəkdirdiyi fotolardan da istifadə edirdi. Bir çox şərhçinin fikrincə, baş nazirliyini itirəcəyi təqdirdə “korrupsiya məhkəmələri” səbəbiylə həbs edilməsi gözlənilən Netanyahunun taleyi 2020-ci il prezident seçkilərində Trampın qələbə qazanmasından asılı idi.

Lakin Tramp məğlub oldu və Netanyahu təkrarlanan seçkilərdə hökumət qurmaq üçün çoxluğu qazana bilmədi. Netanyahu əleyhinə olan blok isə yeni hökumət barədə razılığa gəlib. Ehtimala görə, 14 iyun tarixində İsrail parlamentində etimad səsverməsi keçiriləcək. Əgər 2 səs itirilsə, yeni bir hökumət qurula bilməz. Buna görə də Netanyahunun tərəfdarları rəqib blokun sağ siyasətçilərinə qarşı bir təzyiq dairəsi yaradıblar. İsrailin sosial mediası da təcavüz kampaniyasının bir vasitəsinə çevrilib.

Trampın seçkilərdə məğlub olmasından sonra Amerikanın sosial mediasında gedən müharibə, indi də İsraildə davam edir. Zorakılıq yalnız sosial mediada deyil, həmçinin, küçə etirazları ilə birgə baş verir. Xatırladaq ki, Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin qanuniliyini təsdiqləyən Respublikaçı millət vəkillərinə və senatorlara qarşı bir təzyiq kampaniyası da aparıblar.

Qurulması gözlənilən yeni hökumətin Baydenin ABŞİran Nüvə Müqaviləsinə qaytarması ilə bağlı siyasətinə müqavimət göstərəcək qədər zəif olduğunu deyən Netanyahunun sözlərinə görə, Tramp vasitəsi ilə əldə olunan uğurlar da təhlükə altındadır.

Netanyahu tərəfdarlarının sosial mediada başlatdıqları müharibə İsrail Daxili Təhlükəsizlik Xidmətinin (Shin Bet) rəhbəri Nadav Arqamanı hərəkətə keçirib. Armaqan sosial mediada böyüyən təxribat xarakterli mesajların zorakılığa səbəb ola biləcəyi barədə xəbərdarlıq verib. Baş nazir olacağı gözlənilən Naftali Bennet üçün də təhlükəsizlik tədbirləri artırılıb.

İsraildəki son hadisələr Netanyahunun da Tramp kimi hakimiyyəti dinc yolla ötürməyəcəyinə işarə edir. 6 yanvarda İsraildə Tramp tərəfdarları tərəfindən törədilən Amerika Konqresinin işğalı kimi hadisələrin baş vermə ehtimalı müzakirə olunur. Analitiklərin fikrincə, Arqamanın xəbərdarlığı ABŞ-dakı 6 yanvar hadisələrinə işarə edir. Netanyahu tərəfdarları isə Arqamanın açıqlamasına qarşı çıxırlar. Netanyahunun oğlu Yair Netanyahu Twitter-də: “Bu rüsvayçılıqdır. Sağın ağzını bağlamağa və hər bir siyasi tənqidi təhrik kimi etiketləməyə çalışırlar”, deyə yazıb.

Netanyahunun hakimiyyətinin sona çatması ehtimalı İsrailin ən böyük dəstəkçisi olan ABŞ-da da geniş əks-səda doğurub. ABŞ-dakı yəhudi lobbisi də Netanyahunun 12 illik hakimiyyəti dövründə iki hissəyə bölünüb. Liberal yəhudilər və Demokratlar Netanyahunun İsraili Tramp və Respublikaçılar Partiyası ilə eyniləşdirməsindən şikayətlənirlər. Demokratlar Tramp-Netanyahu tərəfdaşlığının getdikcə ABŞ-da İsrail üçün ənənəvi iki tərəfli qeyd-şərtsiz dəstəyi zəiflətdiyini iddia edirlər. Buna görə də Tramp-Netanyahu cütlüyü yeni nəsilləri İsraildən uzaqlaşdırıb. Bu kənarlaşdırma prosesi isə Demokratların Proqressiv qanadında İsrailə qarşı tənqidlərin artmasına səbəbi olub.

ABŞ-dakı bir başqa diqqətəlayiq hadisə də qaradərili amerikalılar və ispan əsilli amerikalılar arasında İsrailə qarşı artan tənqidlərdir. Qaradərililər və hispaniklər Demokratlar Partiyasının seçki qutularıdır. Bu qrupların güclənməsi və Demokratlar Partiyasında nüfuzlu mövqelər qazanması İsrail yönümlü siyasəti də aşındırır. Demokratların Proqressivlər qanadı da bu qruplardan güc alır. Bayden adminstrasiyası istəməsə də bu qrupların İsrail əleyhinə tənqidlərini dinləmək məcburiyyətindədir.

İsrail lobbisinin sağ qanadları Amerikada İsraillə bağlı tənqidləri və günahsız fələstinlilərə dəstək çağırışlarını antisemitizmə çevirmək üçün çox səy göstərirlər. Bu təbliğat İsrailin Qəzzada həyata keçirdiyi qırğınlarda da həyata keçirilə bilər. Qırğın törədərkən belə İsraili qurban kimi göstərmək cəhdləri gənc amerikalıların diqqətindən yayınmır. Yeni nəsillər bu təbliğatı iyrənc hesab edirlər. İsrail lobbisinin fələstinliləri dəstəkləyən sənətçiləri antisemitizm ilə etiketləyərək onları yatırmaq cəhdləri də artıq əvvəlki qədər təsirli deyil.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Netanyahu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar