Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın böyük məğlubiyyəti - Əfqanıstanda bu günün gözləntiləri və sabahın qorxuları...

Bu gün Amerika kəşfiyyat xidmətləri arasında ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstanın gələcəyinə dair qorxulu məsələlərin narahatlıq doğurduğu barədə ciddi bir inanc var...

İmil Emin
“Şarkul Avsat” qəzeti, 5 iyun 2021-ci il

ABŞ prezidenti Cozef Bayden adminstrasiyası sürətli bir şəkildə 11 sentyabra qədər Əfqanıstandan geri çəkilmək üçün zamanla yarışır.

Oğul Buşun Əfqanıstandan “Taliban” və “Əl-Qaidə”nin təmsil etdiyi terrorizmi yox etmək üçün hərbi əməliyyat elan etməsindən düz 20 il keçir.

Bu sürətləndirilmiş geri çəkilmə ilə bağlı əsas sual isə budur: ABŞ bir neçə min əsgərinin ölümü, bir neçə trilyon dollarının havaya uşması, çoxlu sayda yaralanma və psixoloji çöküşlə müşaiyət olunan ağır bir əvəz ödədiyi halda, görəsən, Əfqanıstan torpaqlarında öz məqsədlərinə çata bildimi?

Pentaqona birbaşa bağlı olan hərbi kəşfiyyatın verdiyi məlumata görə, son illər “Taliban” və “Əl-Qaidə” arasındakı əlaqə güclənib və dostluq münasibətləri möhkəmlənib. Məşhur Amerika xəbər şəbəkəsi “CNN” yaxın zamanda yayımladığı bir xəbərdə bunu önə sürüb və aralarındakı əlaqənin artıq sadəcə ideoloji olmadığını, həm də hər iki təşkilatın liderləri arasında qarışıq nikahlar sayəsində ailə bağına və qohumluğa çevrildiyini bildirib. Bu səbəbdən, “Taliban” xaricində bir hərəkat həyata keçirmək istəsələr, “Əl-Qaidə” ilə qarşı-qarşıya qalmağın qeyri-mümkün olduğu da vurğulanıb.

Əfqan torpaqlarında ABŞ əsgərlərinin mövcud olmasından artıq 20 il keçib. Bu müddət ərzində bütün sərt tətbiqlərdən istifadə edilib. Bəzi qruplar, şübhəsiz, ABŞ-ın terrorizmi aradan qaldırmaq üçün xüsusi mexanizminə işarə edərək, ölkədəki addımlarını milçəkləri zəif çəkiclə əzməyə bənzədiblər. Bəs nəticə necə oldu?

Burada “Taliban” Hərəkatı Əfqanıstandakı nüfuzunu yenidən genişləndirməyə hazırlaşır. Bəlkə də, vəziyyətin ən faciəvi tərəfi qadın azadlıqlarını məhdudlaşdırmaq, telefonları qadağan etmək kimi bir çox ənənələrini və ikinci mənşəyini qoruyan “Taliban”ın 2001-ci ildəki ABŞ işğalından əvvələ nisbətən, qat-qat artıq bir kənar rol oynamaq üçün səfərbər olmasıdır. Son aylarda Taliban” özünü regional güclərlə Qərb qarşısında təsirli, məsuliyyətli bir aktyor kimi göstərməyə çalışır.

İndi “Taliban”ın taleyində əfqan səhnəsini birdən-birə ələ keçirmək olmasa da, ən azından milli hökumətdə təsirli və aktiv tərəfdaş olacağı şübhəsizdir. Çox güman ki, müəyyən bir zamanda ölkənin və xalqın idarəçiliyində tək söz sahibi olacaq.

Lakin daşıdığı bu yük iki sual doğurur. Əvvəla, niyə görə Vaşinqton geri çəkilməyə tələsir və amerikalılar bununla razılaşırlar?

İkinci sual isə Şərqi Asiyada yenidən Əfqanıstandan hərəkətə keçərək böyüyən bir terror fenomeni ilə bağlıdır. Geri çəkilmə qərarının ABŞ-ın dünya polisi olduğu fikrini rədd edən təcridçilər üçün bir qələbə olduğu və prezident Baydenin sələfi Tramp ilə eyni fikirdə olduğu aydın görünür.

ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun büdcəyə ağırlıq gətirən maddi təsirləri olduğunu düşünənlər var. Buna da ABŞ-ın daxilindən etirazlar edilir. “Defence One” adlı vebsaytda aparılan bir müqayisəyə görə, geri çəkilmə sayəsində ildə təxminən 3,2 milyard dollar qənaət ediləcək və əfqan təhlükəsizlik güclərinə veriləcək dəstək üçün 3,3 milyard dollarlıq bir fonda ehtiyac var. Yəni xərclənmə səbəbi doğru deyil.

Digər tərəfdən, bəziləri də sui-qəsd nəzəriyyələri ortaya atırlar. Məsələn, Amerikanın Əfqanıstanı yenə müasir vasitələrlə kütləvi radikalizmin qalasına çevirmək istədiyini iddia edirlər. Bunun Çinin daxilində və ətrafındakı fundamentalizmin böyüməsini dayandırmaq və inkişaf prosesinə mane olmaq kimi təhlükəli bir rol oynayacağına işarə edirlər. Başqa sözlə, Vaşinqton 1980-ci illərdə Sovet İttifaqına qarşı qurduğu tələni təkrarlayır.

Demokrat prezident Cimmi Karter dövründə Əfqanıstandakı Amerika müqavimət əməliyyatının memarı olan milli təhlükəsizlik müşavirinə bu sual verilib: ““Taliban” kimi bir fundamentalist qrupun bu rolu oynamasına necə icazə verirsiniz?”

Cavabı isə bu olub ki, Sovet imperiyasını daxildən məhv etməyin ən yaxşı yolu budur. Bu məqamda oxucu tarixə və onun təkrarlanıb-təkrarla­nmamasına diqqət yetirməlidir.

Pentaqonun bir çox dörd ulduzlu generalı deyilənlərə baxmayaraq, geri çəkilmə qərarına qarşı olduqlarını dilə gətiriblər. Respublikaçılar Partiyasının keçmiş Senat lideri senator Miç Mekkonel kimi yüksək səviyyəli siyasətçilər belə bu qərarı “böyük səhv” adlandırıblar. Görəsən niyə?

Səbəb olduqca sadədir. “Taliban” son geri çəkilmə tarixə qədər amerikalılara hücum etməyəcəyi ilə bağlı verdiyi vədə əməl etsə belə, hələ də “Əl-Qaidə” ilə mövcud əlaqələrini kəsdiyini bəyan etməyib. Bu şəkildə “Əl-Qaidə” üçün bir daha Əfqanıstanda bir yer qazanmaq imkanı verir.

Bu gün Amerika kəşfiyyat xidmətləri arasında ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstanın gələcəyinə dair qorxulu məsələlərin narahatlıq doğurduğu barədə ciddi bir inanc var. Çünki həm Əl-Qaidənin mövcudluğu “Taliban” tərəfindən normal qarşılanmayacaq, həm də İŞİD mütləq orada özünə bir yer tapacaq. Həmçinin Əl-Qaidə də, İŞİD tərəfdarları da nisbətdə azalsa belə, aralarındakı gücü və ortalığı artırıblar. Bu da Əfqanıstanı mümkün bir terror dalğası üçün logistik zəminə çevirəcək. Vaşinqton PUA-lar və uzun mənzilli raketlər yoluyla uzaqdan keçirəcəyi əməliyyatlar sayəsində Əfqanıstan ərazisində hər cür terror dalğasını izləyə biləcəyinə və hətta onunla mübarizə aparacağına güvənir. Lakin bu doğru deyil. Çünki 20 ildir sahədə bu məsələdə uğursuz olduğu halda, uzaqdan necə uğurlu olacaq?

Geri çəkilmə prosesi terrora qarşı silahlarla mübarizənin uğursuzluğu ilə bağlı bir Amerika bəyanatıdır. Nifrətə qarşı bir əməliyyat keçirmək mümkün deyil. Tarixi səhvlərin təkrarlanmasının səbəbkarı onu başa düşməyənlərdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar