Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən kritik mesaj: “Azərbaycan heç vaxt imkan verməz ki...”

“Onlar yenə də Vaşinqton və Parisdə ermənisayaq gurultulu bəyanatlar verirlər, bizə qarşı fikirlərlə çıxış edirlər, Azərbaycana “hərbi əsir”lərin buraxılması tələbini irəli sürürlər. Hətta Avropa İttifaqının parlamenti bununla bağlı qətnamə qəbul edir. Bunlar da ermənini həyasızlaşdırır və azğınlaşdırır. İndi də bunları görərək çalışırlar ki, heç olmasa, bir müddət də olsa, divident qazansınlar. Amma ermənilər başa düşmürlər ki, AvropaABŞ bölgədən uzaqda yerləşən dövlətlərdir. Yəni bu bəyanatlar boşboğazlıqdır”.

PİA.az sabiq diplomat, politoloq Fikrət Sadıqovun müsahibəsini təqdim edir:

- Ermənistan yenə sakit dayanmır, sərhəddəki təxribatlarını davam etdirir. Bu təxribatlar hara qədər davam edəcək, mövcud durum hansı nəticələrlə yekunlaşacaq?

- Ermənilər gec-tez sərhədlərin müəyyənləşdirilməsi ilə razılaşacaqlar, özlərini vəziyyətə uyğunlaşdıracaqlar. Buna şübhə etmirəm. Çünki biz onlara təzyiq edəcəyik və bu yoldan çəkilməyəcəyik. Görünür, ermənilər ancaq təzyiq dilindən anlayırlar. Amma bir sıra güclərin onların başlarından sığallaması və prosesə ikili yanaşmaları, erməniləri təxribatlara vadar edir. Bu, onlara bir istiqamət verməsə də, aqressivləşmələrinə yol açır. Sərhədlərin demarkasiyası həm Azərbaycana, həm də Ermənistana lazımdır. Biz öz torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, bu məsələdə də hücum mövqeyində olmalıyıq və addımlarımızı atmalıyıq, atacağıq. Buna da şübhə etmirəm.

- Bəs Ermənistanın siyasi rəhbərliyi Fransa və ABŞ-ı niyə bu prosesə qatmaq istəyir?

- Onlar yenə də Vaşinqton və Parisdə ermənisayaq gurultulu bəyanatlar verirlər, bizə qarşı fikirlərlə çıxış edirlər, Azərbaycana “hərbi əsir”lərin buraxılması tələbini irəli sürürlər. Hətta Avropa İttifaqının parlamenti bununla bağlı qətnamə qəbul edir. Bunlar da ermənini həyasızlaşdırır və azğınlaşdırır. İndi də bunları görərək çalışırlar ki, heç olmasa, bir müddət də olsa, divident qazansınlar. Amma ermənilər başa düşmürlər ki, AvropaABŞ bölgədən uzaqda yerləşən dövlətlərdir. Yəni bu bəyanatlar boşboğazlıqdır. Əgər ermənilər bu bölgədə yaşayırlarsa, onlar boş bəyanatlarına uymamalı, real vəziyyəti qiymətləndirib nəticə çıxarmalıdırlar.

- Çin dövlət başçısı Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı oldu. Bu görüşün bölgədəki son gəlişmələrlə əlaqəsi ola bilərmi?

- Mən deyə bilmərəm ki, Çin güclü şəkildə bizi dəstəkləyir, müdafiə edir. Amma hər halda, Çinin erməniləri dəstəkləməməsi və Azərbaycanın ərazi bütövlüyünü tanımasın da, bizim xeyrimizədir. Çünki Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, böyük bir dövlətdir. Eyni zamanda, Çin daxilində də separatçı fəaliyyətlər mövcuddur. Yəni Çin də başa düşür ki, bu məsələdə Azərbaycan daha haqlıdır. Şübhə etmirəm ki, dövlət başçılarının danışığı zamanı da bu məsələ ətraflı şəkildə müzakirə olunub. Hər halda, rəsmi Pekin bir sıra dövlətlərdən fərqli olaraq, Ermənistanı dəstəkləmir və onun başından sığallamır. Çin vəziyyəti reallığa uyğun qiymətləndirir. Bu da bizi qane edir.

- Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin Mehriyə gəlib. Burada Ermənistan-İran sərhəd-keçid məntəqəsinin ən qısa zamanda modernləşdirilməsi məsələsini müzakirə edib, bunun üçün Avropa Yenidənqurma Bankından maliyyənin ayrılacağını deyib. Bunu Zəngəzur dəhlizi proyektinə qarşı əks-həmlə hesab etmək olarmı?

- Avropanın baş verənlərə öz yanaşması var. Avropa Birliyi zahirən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla bağlı sənədlər də qəbul ediblər, bəyanatlar veriblər və s. Amma indi onlar çalışırlar ki, bu durumda da öz rollarını qabartsınlar. Yəni bu məsələdən uzaq dayanmasınlar, məsafə olmasın, prosesin içində olsunlar. Zəngəzur dəhlizi açıldıqdan sonra onlar hansı addımı atırlar-atsınlar, təki biz də hadisələrin inkişafına nail olaq. Olsun, Ermənistan da bu inkişaf yoluna qədəm qoysun, modernləşmə yoluna üz tutsun, bunun üçün onlara pul ayırsınlar, amma təki dəhliz açılsın. Bu, çox vacib məsələdir, bizim istəyimiz və tələbimiz də budur. İndi onlar hansısa məntəqələrin modernləşdirilməsində maraqlıdırlarsa, o zaman erməniləri başa salsınlar, müəyyən təzyiq də etsinlər. Çünki bu dəhlizin açılmasına mane olmağa çalışan Ermənistandır.

- Yaxın günlərdə RusiyaABŞ prezidentləri – Vladimir Putin və Co Bayden Cenevrədə görüşəcək. Bu görüş ərəfəsində liderlərin dünyanın bölüşdürülməsi məsələsindən danışacaqları iddiası irəli sürülür.

- Düşünmürəm ki, iki liderin görüşündə açıq şəkildə dünyanın parçalanması müzakirə olunsun və ya onların nəzarət zonalarına bölünsün. Onsuz da, bu məqam var. İndi də bir sıra bölgələrə ABŞ, digərlərinə də Rusiya nəzarət edir. Bir-birini ittiham etsələr də, real vəziyyətdən çıxış edərək özlərini aparırlar. Məsələn, ABŞAvropa Cənubi Qafqazdakı son proseslərə açıq şəkildə qarışmadılar. Düzdür, müəyyən bəyanatlar verirlər, indi də hansısa fikir səsləndirirlər, amma bura açıq şəkildə qarışmırlar. Rusiya da onların nəzarət etdikləri zonalara qarışmır. Yəni bölünmə artıq baş verib və bu, davam edir. Ola bilsin ki, bu danışıqlar zamanı bölünmə ilə bağlı yeni nüanslar ortaya çıxsın.

Ortada digər məsələlər də var. Məsələn, dövlətlərarası münasibətlərdəki gərginliyin azaldılması, Suriya, Əfqanıstan, Şərqi Avropa, post-sovet məkanında baş verən proseslər və s. Mən şübhə etmirəm ki, Cənubi Qafqazda gedən proseslər müzakirə predmeti olacaq. Hesab edirəm ki, görüşdə bunlar ön planda çəkiləcək. Şübhəsiz ki, bu məsələləri bir görüşlə həll etmək mümkün olmayacaq.

- Putin dünənki çıxışında bildirdi ki, keçmiş sovet respublikaları ilə əlaqələr dərinləşdirilməlidir. Söhbət bərabərhüquqlu əlaqələrin inkişaf etdirilməsindən gedir, yoxsa bu, bir imperialist ambisiyadan irəli gələn mesajdır?

- Bu, Moskvanın uzun illərdir həyata keçirdiyi siyasətidir. Rusiya post-sovet məkanında öz nəzarətini gücləndirmək fikrindədir. Məsələn, Krım, Donbas, Qarabağ və Belarus ətrafında cərəyan edən olaylar Moskvanı həm narahat edir, həm də bundan səmərəli şəkildə istifadə edir. Əlbəttə Rusiyanın bu bölgələrdə öz nəzarətini gücləndirməsi təkcə onun özündən asılı deyil. Məsələn, biz heç vaxt imkan vermərik ki, Azərbaycana qarşı bu nəzarət qeyri-bərabər şəkildə gücləndirilsin. Bu, mümkün deyil. Çünki artıq Sovet İttifaqının dağılmasından uzun illər keçib, yeni nəslin nümayəndələri artıq hakimiyyətdədir. Yəni Rusiya heç vaxt öz nəzarətini güc yolu ilə genişləndirə bilməz. Əlbəttə müəyyən məsələlərdə güclü bir dövlət kimi nəyəsə nail ola bilər, amma ümumi nəzarətdən danışırıqsa, bu, bir absurddur. Çünki post-sovet məkanındakı ölkələrdə hakimiyyətlərdə olan heç bir elita buna imkan verməz.(Teleqraf.com)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar