Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTN-də kadr islahatı: Aparat kimə tapşırılacaq?

Bu həftə Kənd Təsərrüfatı Nazirliyində ciddi kadr dəyişikliyi gözlənilir. 
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. 
 
Aparılacaq yerdəyişmələrdə məqsəd nazirliyin iş keyfiyyətinin yüksəldilməsidir.
 
Məlumata görə gözlənilən kadr dəyişikliyində KTN-nin daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılovun Aparat rəhbəri vəzifəsinə gətiriləcəyi bildirilir.
 
Daxili nəzarət şöbəsinə isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qohumunun təyin ediləcəyi gözlənilir. 
 
Sözügedən kadr dəyişikliklərinin ötən həftə gözlənilsə də, təyinatlar yubanıb. Buna səbəb isə nazirin iş qrafikinin sıx olmasıdır.
 
Ölkədə pambıq əkininin həssas dönəmi olduğu üçün İnam Kərimov son zamanlar çox gərgin rejimdə çalışdığı deyilir. "İnam Kərimov pambıq əkininin inkişafı ilə bağlı bütün məsələləri öz üzərinə götürüb. Hazırda pambıq sahələrində işçi qüvvələrinin az olması və su çatışmamazlığı nazirlikdə hökm sürən gərginliyi daha da artırıb. Nazir çox yaxşı bilir ki, hər gün işə bahalı kostyum geyinib gələn, bahalı ətir vuran işçiləri ilə pambıq sahəsində uğur əldə edə bilməyəcək. Ona görə də nazirliyin beyni sayılan Aparatda rəhbər dəyişikliyi etmək istəyir. Məhz Fuad Mayılov kimi kənd təsərrüfatının bütün incəliklərini dərindən bilən, ayağına rezin "sapoq" geyə bilən kadrlar aqrar sahənin inkişafına güclü təkan verə bilər."-deyə, məlumatda qeyd edilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar