Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faşistlərin ən mərhəmətli müstəntiqi – əsir düşərgəsində işgəncələrə son qoyan Hans Şarff

1940-cı ildə Almaniyanın Oberurzel şəhərində yaradılmış əsir düşərgəsi İkinci dünya müharibəsinin tarixinə ən dəhşətli bir məkan kimi düşüb. Bu düşərgədə əsasən SSRİ, ABŞBritaniyanın əsir düşmüş hərbi təyyarəçiləri saxlanılıb. Oberurzel düşərgəsi Almaniya Hərbi Hava Qüvvələrinin tabeliyində fəaliyyət göstərib, düşərgədə xidmət aparanlar da məhz bu qurumun zabitləri olub.

Oberurzel düşərgəsində hökm sürən rejim qaydaları o dərəcədə dəhşətli olub ki, əsir düşən təyyarəçilər səma döyüşləri zamanı həlak olmağı düşərgəyə düşməkdən üstün sayıblar.

Nasistlər düşərgədə mütləq sayılacaq iki “qanun” tətbiq ediblər. Ya əsir düşən təyyarəçi öz ölkəsinin hərbi aviasiya sirlərini açmalıdır, ya da işgəncələrlə öldürülməlidir.

Oberurzel düşərgəsində baş verən dəhşətlər, amansızlıqlar haqqında Üçüncü Reyxin rəhbərliyi də xəbərdar olub. Amma heç kim sərt “qanun”ların yumşaldılmasına getməyib.

İki il ərzində minlərlə əsir hərbçinin həyatına son qoyan Oberurzel düşərgəsində 1942-ci ildə fərqli bir səhnə müşahidə edilməyə başlanıb. Düşərgəyə təyin olunan yeni müstəntiq Hans Şarff əsirlərin nasistlərə olan nifrət hisslərini dəyişməyə nail olub. Belə ki, Hans Şarff əsirlərin dindirilməsində, istintaq prosesində fərqli bir mövqe seçib. Heç bir işgəncə, zor tətbiq etmədən o, əsirlərdən istədiyi informasiyaları asanlıqla alıb.

Hans Şarff 1907-ci ildə Leypsiq şəhərində anadan olub. Uşaqlıq illərindən atasını itirdiyindən babasının himayəsində böyüyüb. Orta təhsil aldığı illərdə Hams Şarff rəssam olmağı arzulayıb. Amma böyük tekstil fabrikləri olan babası onu ticarət sahəsinə yönəldib.

Ali hüquq təhsili aldıqdan sonra Hans Şarff babasının köməkliyi ilə Cənubi Afrikada tekstil və avtomobil satışı biznesi ilə məşğul olub. Elə həmin vaxtlarda zəngin ingilis xanımı ilə ailə həyatı qurub.

İkinci dünya müharibəsi başlananda Hans Şarff Almaniyada yaşayıb. Digər hərbi xidmətdən möhləti olmayan alman vətəndaşları kimi onu da orduya çağırıblar. Bölgü zamanı onun xidməti yeri ən ağır cəbhə bölgəsi sayılan Şərq cəbhəsinə yazılıb. Amma o, babasının və həyat yoldaşının tanışları vasitəsi ilə döyüş bölgəsində xidmət etməkdən yayına bilib və ingilis dilini mükəmməl bildiyindən onu Almaniyanın Hərbi Hava Qüvvələrinə tərcüməçi kimi xidmətə göndəriblər.

1942-ci ilin əvvəllərində Hans Şarffın xidməti yeri Oberurzel düşərgəsinə dəyişdirilib. İki ay bu düşərgədə tərcüməçi kimi xidmət etdikdən sonra o, hərbi müstəntiq vəzifəsinə təyin edilib. Hans Şarff əsasən ingilis və amerikalı hərbi əsirlərin işini aparıb.

Yeni müstəntiq üçün işgəncə verməklə informasiya əldə etmək ağılsız bir prosedur sayılıb. Hans Şarff əsirlərin dindirilməsi zamanı heç vaxt rezin dəyənəklərdən, elektrik ötürən çubuqlarından, elektrik stullarından, qaz kameralarından və digər işgəncə vasitə və metodlarından istifadə etməyib. Əksinə, o, hərbi əsirləri tez-tez siqaretlə, həyat yoldaşının bişirdiyi şirniyyatlarla, maraqlı kitab və jurnallarla sevindirib. O, dindirmə prosesində əsirlərlə dost kimi danışıb, səsinin tonunu qaldırmayıb, özünü dindirmə kamerasında pis hiss edən əsirləri düşərgənin yaxınlığındakı meşəyə aparıb, sorğu-sualı orada davam etdirib.

Hans Şarff müstəntiq təyin edildikdən sonra əsirlərin ailələrinə məktub yazmaq məhdudiyyətini aradan qaldırıb. Hətta öz fotoaparatı ilə onların şəklini çəkib doğmalarına göndərib. Bununla yanaşı o, əsirlərin gün ərzində bir saatlıq gəzintisinin vaxtını da uzadıb. Həftədə bir dəfə o, hərbçi əsirlərdən növbə ilə iki komanda düzəldib idman yarışları da keçirib və özü də bu komandaların birinə qoşularaq əsirlərlə eyni meydançanı bölüşüb.

Hans Şarffın əsirlərə qarşı bu cür mərhəmətli münasibəti düşərgə rəhbərliyini ciddi narahat edib. Döyməyə, öldürməyə, işgəncə verməyə adət edən düşərgə əməkdaşları əsirlərin qaçmağa cəhd edəcəyindən, yaxud da qiyam qaldıracaqlarından ehtiyat ediblər.

Müstəntiqə əsirlərə göstərdiyi xoş münasibətə görə bir neçə dəfə xəbərdarlıq edilib, iki aydan sonra isə şəxsi işinə yazılmaqla töhmət verilib. Amma buna baxmayaraq Hans Şarff öz iş metodunu dəyişməyib.

Düşərgə müstəntiqlərinin üç aylıq fəaliyyəti ilə bağlı müşavirə keçiriləndə Hans Şarffın göstəriciləri hamıda təəccüb doğurub. O, üç ay ərzində hərbi əsirlərdən aldığı ABŞBritaniya Hərbi Hava Qüvvələri haqqında çox vacib sayılan 56 informasiya ortaya qoyub. Müqayisə üçün qeyd edək ki, digər müstəntiqlər ən yaxşı halda əsirlərdən 5-7 informasiya əldə edə biliblər. Elə həmin müşavirədən sonra Hans Şarff yazılı şəkildə Adolf Hitlerin təşəkkürünü alıb.

Hans Şarffın əsirlərlə davranışının sorağı Amerikaya da çatıb. Əsirlərin məktublarından parçalar ABŞ mətbuatda dərc olunub.

1945-ci ildə Oberurzel düşərgəsi Amerika qoşunları tərəfindən ələ keçirilib və fəaliyyətinə son qoyulub, düşərgə əməkdaşları həbs edilib, Hans Şarff isə sərbəst buraxılıb.

Müharibədən sonra Hans Şarff ABŞ-a köçüb, onu düşmən kimi yox, dost kimi qəbul ediblər. O, bir müddət ali təhsil ocaqlarının hüquq fakültələrində mühazirələr oxuyub. Ömrünün son illərində isə uşaqlıq arzusu olan rəssamlıqla məşğul olub.

Nasist Almaniyasının ən yaxşı və ən mərhəmətli müstəntiqi adını qazanan Hans Şarff 1992-ci ildə, 85 yaşında Kaliforniyada vəfat edib. (musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar