Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin doğum günündə "Şəhidlər Unudulmur" abidə kompleksinin açılış mərasimi olub

Bu gün, Sabirabad rayon Cavad kəndində I-II QARABAĞ müharibə iştirakçılarının əziz xatirəsinə "Şəhidlər Unudulmur" abidə kompleksinin açılış mərasimi olub. Mərasimi Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Nadir Quliyev bu gün daha bir əlamətdar günün olduğunu, Şəhid Elgiz Abbasılının doğum günü olduğunu qeyd edib. Elgiz Abbaslı haqqında danşan Nadir Quliyev Sabirabad rayonu üzrə birinci vətən müharibəsində 226, ikinci vətən müharibəsində isə 44 şəhid olduğunu vurğulayıb.

Çıxış edənlərdən kənd ağsaqqalları adından Hacı Şəmsəddin Əliyev, Sabirabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri, ikinci vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Sabirabad rayon Veteranlar Təşkilatının sədri, birinci vətən müharibəsi iştirakçısı Faiq Hüseynov, Şəhid Elgiz Abbaslının dostu Kamli Cəfərov, döyüş yoldaşı Namiq Bayramov, Fazil Mürşüdov, YAP Sabirabad rayon Təşkilatının sədri Məleykə Həsənova çıxış edərək Şəhid ailələrinə və eləcədə Elgizin valideynlərinə səbr və şəhidlərimiz Allahddan Rəhmət diləyiblər.

Bu abidənin tikilib istifadəyə verilməsində şəxsi təşəbbüsü və maddi dəstəyi olan Cavad kənd sakini Elman Nuriyev çıxış edərək abidənin tikintisindən danışıb və Şəhid Elgiz Abbaslının vətənpərvər gənc olduğunu qeyd edib.

Sonda Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov çıxış edərək mərasim iştirakçılarına öz təşəkkürünü bildirib. Şəhid ailələri ilə birlikdə xatirə fotosu çəkilib.Mərasimin rəsmi hissəsindən sonra şəhidin məzarı ziyarət olunub və onun ruhuna dualar oxunub.

Tədbirdə Sabirabad Regonal Mədəniyyət idəsinin rəisi Fərid Qurbanzadə, Rayonun axundu Hacı Məhəmməd Əliyev, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə Nümayəndəsi Ağakərim Sadıqov, şəhid ailələri, içtimayyətin nümayəndləri və mətbuat işçiləri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar