Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilin yaranmasında hamı tərəfindən anlaşılan səslərin roluna dair tədqiqat aparılıb

Birminhem Universitetindən tədqiqatçıların Danimarka, ABŞ, Estoniya və digər ölkələrdən olan həmkarları ilə birlikdə gəldiyi qənaətə görə, dilin yaranmasında hamı tərəfindən anlaşılan səslərin rolu lazımınca qiymətləndirilmir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, eksperimentdə 12 müxtəlif dil ailəsindən 28 dildə danışan insanlar iştirak ediblər. Həmin sırada xüsusən şifahi formada mövcud olan dillər də yer alıb. Eksperiment iştirakçıları canlıları, cansızları bildirən, yaxud əşyaların xüsusiyyətlərinə, saylara, işarə əvəzliklərinə aid ingilis dilində sözləri dinləyiblər və bu səslərin nəyi bildirdiyini təxmin etməli olublar.

"Scientific Reports" nəşrində dərc olunmuş məqalədə qeyd edilir ki, dillər arasında böyük fərqlərin olmasına baxmayaraq, bəzi səslərin mənası kifayət qədər dəqiq tapılıb. Məsələn, "sleep" (isim kimi yuxu, feil kimi yatmaq) sözünü iştirakçıların çoxu yatmaq və yuxu ilə bağlı hesab edib - dəqiqlik 98,6 faiz olub. Lakin "that" (işarə əvəzliyi o) sözündə dəqiqlik 34,5 faiz olub. Ümumiyyətlə, səslərin mənası daha yaxşı bu sözlərdə duyulub: eat (yemək), child (uşaq), tiger (pələng), water (su).

Müəlliflərin gəldiyi nəticəyə görə, dil təkcə ikonik işarələrdən deyil, həmçinin müəyyən səslərdən başlanıb. Həmin səslər özünəməxsus təsvir rolunu oynaya bilərdi - onları vizual işarələrin köməyi olmadan hamı anlaya bilərdi. Vizual şəkildə hamı tərəfindən anlaşılan əlamətlərin səslərlə necə qarşılıqlı olması məsələsi isə gələcək tədqiqatların mövzusudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar