Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaragöl danışıqlarında gözlənilməz period: Razılığa hansı məsələlər daxil edildi?

Azərbaycan, ErmənistanRusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Musavat.com Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata istinadən xəbər verir ki, razılaşmanın ilk bəndləri Azərbaycan üçün kifayət qədər qanedicidir. Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Paralel olaraq "Sputnik Azərbaycan" bildirir ki, erməni mediasının danışıqlar barədə yazdıqlarının leytmotivi bundan ibarətdir: Sabah Azərbaycan hərbçilərinin 2 km geri çəkilməsi (3,5 km irəlilənmişdi) gözlənilir, Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postu yaradılacaq. Habelə, Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. Erməni KİV-ləri onu da iddia edir ki, Azərbaycan tərəfi hansısa müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir, danışıqlar iki gün ərzində davam edəcək.

Vahe Hakobyan

Sünikin (Zəngəzur) keçmiş icra başçısı, Dirçəliş Vətən Partiyasının lideri Vahe Hakobyan bu razılaşmanı Ermənistan tarixi üçün növbəti biabırçılıq adlandırıb.

Ancaq deyilənlərlə bağlı rəsmi olaraq nə Bakı, nə də İrəvan yuxarıdakıları hələ təsdiqləməyib. Qeyd edək ki, Qaragöl ərazisi ilə bağlı sərhəddə gərginlik yaşanır. Hazırda üçtərəfli bəyanata əsasən sərhədlərin delimitasiyası işi gedir. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan onun dövlət sərhəddini pozub. Hətta Fransa prezidenti Emmanuel Makron da ermənilərin mövqeyini müdafiə edib. Rusiya prezidentinə zəng edən Paşinyan isə ondan gözləmədiyi cavabı alıb, hazırda 10 noyabr sənədinə istinadən işlər getdiyini eşidib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar