Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin yeni siyasi arenası və Netanyahunun qum saatı

Qarşıdakı günlər İsrail siyasətinin yeni mərhələsi olacaq və Netanyahu həbsxanaya düşməsə, mütləq bu prosesin içində olacaq...

Abdurrahman Şalkam
“Şarkul Avsat” qəzeti,15 may 2021-ci il

Bünyamin Netanyahu partiya çərçivəsində fəaliyyət göstərən siyasətçidən çox, israilli bir dövlət xadimidir. İsraili 20 ildən çoxdur idarə edə bilən ilk şəxs və xüsusi bir manevr üsulu icad edən adam idi. Həmçinin, Netanyahu sağı daima çoxalan, getdikcə radikallaşan və sola qarşı dayanmadan mübarizə aparan bir quruluşa çevirib. ABŞ-da yaşamış, çoxsaylı siyasətçilər və lobbilərlə əlaqələr qurmuşdu. Konqres də daxil olmaqla, siyasi qərar qəbul etmə mərkəzlərinə sızmağa müvəffəq olub. Keçmiş prezident Barak Obama onu ələ almaq, Fələstin-İsrail münaqişəsi yolundakı həll etmə mexanizmini qəbul etdirmək istəyəndə və onu qəbul etmədən əvvəl Ağ Evin salonunda gözlədəndə, Netanyahu bunu qəbul etdi və heç bir etiraz etmədən səssizcə prezidenti gözlədi. Görüş başlayanda isə Barak Obamanı görməkdən imtina etdi. Sonra Konqresə getdi və coşqun bir çıxış etdi. Çıxış zamanı Konqres üzvləri 20 dəfədən çox ayağa qalxıb onu alqışladılar.

Prezident Obama da mövqeyini yenidən nəzərdən keçirməli oldu və dərhal İsrailə böyük maliyyə və hərbi yardım təklif etdi. Bunlardan ən başlıcası “Dəmir Günbəz” texnologiyası və anti-ballistik raket sistemlərinin təkmilləşdirilməsi oldu. Netanyahu lideri olduğu Likud Partiyasının seçkilərində təkbaşına hökumət qurmasına imkan verən parlament çoxluğunu əldə etməsə də, o, dinamik bir taktika hazırladı və sağ partiyalarla koalisiya hökumətləri qurdu. Knesset daxilində və xaricində baş verən siyasi qarşıdurmalarda İsrail İşçi Partiyası (HaAdova) və Meretz Partiyası kimi sol partiyaları da yormağı bacardı. Onları o qədər yordu ki, demək olar, siyasi fəaliyyət dairəsindən kənarda qaldılar. Həmçinin, sağın İsrailin siyasi həyatına hakim olması üçün bir kreslo oyunu oynadı. Likud Partiyasını istədiyi şəkildə yönləndirərək öz siyasi mülkünə çevirdi. Ona qarşı bir sıra ittihamlar irəli sürüldükdən və məhkəməyə çıxarıldıqdan sonra, İsrailin keçmiş prezidenti Katsav və keçmiş baş naziri Ehud Olmert ilə eyni aqibəti yaşamamaq və həbsdən xilas olmaq üçün baş nazir postundan bir qalxan kimi istifadə etdi. Vəzifədə qalmaq üçün Devid Ben-Qurion da daxil olmaqla, bütün İsrail baş nazirlərindən daha yaxşı bir performans nümayiş etdirdi.

O, İsrailin siyasi qum saatı kimdir, bir tərəfdəki qum boşaldıqca tərsinə çevrildi və özünü yenə doldurdu. Saatını tarixin, əfsanənin və siyasi oyunların birləşdiyi gizli bir qumla doldurdu. “Millətlər arasında bir yer” adlı bir kitab yazdı və içində sionist düşüncənin tarixən ortaya çıxışını izah etdi. Torpaqla bağlı olduğu üçün hər şeydən əvvəl İsrailin təhlükəsizliyinə diqqət yetirdi. Fələstinlilərlə və ümumən ərəblərlə sülh qarşılığında torpağı əsas götürən müzakirə prinsipini şiddətlə tənqid etdi və sülhə qarşı sülh prinsipini vurğuladı. Kitabında ərəbləri işə yaramaz bir millət kimi təsvir edib və yalnız güc və məcburiyyət sayəsində sivilizasiyaya yaxınlaşacaqlarını bildirib. İordaniyanın qərbindən və Qolan təpələrindən imtina etməyi rədd edib və onları İsrail üçün vacibliyini vurğulayıb.

Bu kitab onu prezidentliyə gətirən güclü amillərdən biri oldu. Həmçinin, onun doktrinalı və siyasi Talmudunun bir hissəsi oldu. İsrail son iki ildə ilk dəfə 4 parlament seçkisi keçirdi ki, bu da baş nazirin inhisarını saxlamaqda israr edən Netanyahunun qum saatının bir ixtirasıdır. Hər seçkidən sonra bir koalisiya hökuməti qurur, lakin koalisiya çox istiqamətə yuvarlanan siyasətlərinə xidmət etmədikdə onu dağıdır. Partiyası Likud son və 4-cü ümumi seçkilərdə 31 yer qazandıqdan sonra prezident Rivlin ona hökumət qurmağı tapşırdı. Bununla birlikdə, müəyyən bir müddətdə, yəni 28 gün ərzində hökuməti qura bilmədi və Knessetin mütləq əksəriyyətinin, yəni 61 millət vəkilinin dəstəyini ala bilmədi. Çünki hökumətini sağdan, o cümlədən ekstremist partiyalardan qurmaqda israr etdi və iki ərəb siyahısı ilə iş birliyindən imtina etdi. Netanyahunun uğursuzluğundan sonra prezident müxalifət lideri Yair Lapidə hökuməti qurmağı tapşırdı. Netanyahu da dərhal Lapidi ağır top atəşinə tutdu və onun rəhbərliyi altında qurulacaq milli birlik hökumətini fəlakət və İsrail üçün təhlükə kimi xarakterizə etdi. Sözsüz ki, Netanyahu Lapid və müttəfiqlərinə qarşı mübarizəni dayandırmayacaq.

20 illik baş nazirliyi sayəsində Netanyahu bütün İsrail siyasi liderlərini ortadan qaldırmağı, rəqib partiyaları ləğv etməyi və Likud Partiyasına tamamilə hakim olmağı bacardı. 4-cü seçkilərdə uğursuzluğa düçar olduqdan sonra özünü həbsdən qorumaq üçün ölkəni 5-ci, hətta 6-cı seçkiyə aparmaqdan da çəkinməyəcək.

Lapid Partiyası son seçkilərdə cəmi 17 yer qazana bildi və lazımi saya çatmaq üçün qaçılmaz şəkildə Mansur Abbas liderliyindəki Birləşmiş Ərəb Siyahısının dəstəyinə ehtiyac duyacaq. Likud Partiyası daxilində isə Netanyahu maneəsini aşmaq və partiyaya liderlik etməsi üçün başqa bir fiquru önə çıxarmaq barədə çağırışlar yüksəlir. Lakin partiya daxilində Netanyahunun Likud və Likudun da Netanyahu demək olduğunu, o olmasa partiyanın dağılacağını deyənlər də var. Bünyamin Netanyahu bütün qrupları ilə birgə radikal sağçıları və lokalistləri özünün idarə etmədiyi bir koalisiyanın qurulmasına qarşı mübarizə aparmaları üçün səfərbər etməkdən çəkinməyəcək.

Həbsxana ehtimalı Netanyahu üçün qum saatına dəyən daşlara çevrilib. Son mübarizəsində bütün silahlarından istifadə edəcək. Qarşıdakı günlər İsrail siyasətinin yeni mərhələsi olacaq və Netanyahu həbsxanaya düşməsə, mütləq bu prosesin içində olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar