Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Evlənmək heç kimə qadağan olunmayıb” - Musa Quliyev

COVID-19-un təsirləri, sözsüz ki, Azərbaycandan da yan keçmir. Bu bütün dünyanı bürümüş bir problemdir. Azərbaycan da dünya birliyinin bir üzvüdür. Ona görə də, bu problem iqtisadi, sosial, demoqrafik proseslərə mənfi təsirlərini göstərir. Bu müəyyən qədər ailə quranların da azalmasına səbəb olub.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, pandemiya dövründə bütün dünya üzrə statistika odur ki, boşanmaların artma tendensiyası davam edir:

Azərbaycanda da bu hal yaşanır. Doğulan uşaqların sayında da əvvəlki illərə nisbətən azalma qeydə alınıb. Ölüm sayı təxmini olaraq əvvəlki səviyyədə qalıb. Amma COVİD-19-dan rəhmətə gedənlərin xüsusi çəkisi ölüm sayına müəyyən qədər təsir edir. Amma bu da dəhşətli dərəcədə baş verən bir hal deyil”.

Komitə sədrinin fikrincə, epidemiyadan və karantin şərtlərindən tez qurtulsaq sosial, iqtisadi, demoqrafik vəziyyət müsbət tendensiya ilə davam edəcək: ”Sözsüz ki, pandemiyanın ölkəmizdəki mövcud reallığa mənfi təsirləri var. Bu statistikada da özünü göstərir. Amma bu bütün dünyada baş verən bir haldır. Tək Azərbaycanda qeydə alınan bir məsələ deyil”.

Musa Quliyev ölkədə toy qadağalarının təbii artıma təsirlərindən də bəhs edib: “Toyların keçirilməməsinin təbii artıma sözsüz ki, təsiri var. Evlənənlərin sayı azalırsa, təbii olaraq doğulanların da sayı azalır. Eyni zamanda bu dönəm üçün boşanmalar da müəyyən qədər artıb”.

Millət vəkili hesab edir ki, epidemioloji şərait imkan vermirsə, toylara icazə vermək düzgün deyil: “Amma evlənmək heç kimə qadağan olunmayıb. Ailə şəklində, açıq havada, dostlarla gedib bağda, dəniz qırağında gəzmək olar. Bunlar heç kimə qadağan edilməyib. Vacib deyil ki, hökmən qapalı məkanda 400-500 adamı yığıb 8 saat da toy edək. Ona görə də adətləri müəyyən dərəcədə indiki şəraitə uyğunlaşdırmaq lazımdır”.(Teleqraf.com)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar