Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərə bu il mənzillər veriləcək? - Rəsçi açıqlama

Jurnalistlərə bu il Milli Mətbuat günündə 3-cü binanın təhvil verilib-verilməyəcəyi məlum deyil.

PİA.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin rəsmisi İlkin Nadirov məsələ ilə bağlı hər hansı yeniliyin olmadığını bildirib.

O, deyib ki, üçüncü binanın paylanması ilə bağlı hər hansı yenilik yoxdur. Hər hansı yeni məlumat olarsa, ictimaiyyətə bu barədə informasiya veriləcək.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbə və 255 mənzildən ibarətdir. Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı məsələ hələ də tam aydınlaşmayıb. Bina hazır olsa da, mənzillərin jurnalistlərə nə zaman və hansı şərtlərlə veriləcəyi açıqlanmır. Bundan əvvəl tikilən iki binadakı mənzillər 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlərə təqdim olunub.

Xatırladaq ki, ötən ilin iyun ayında KİV DF-nin əvvəlki rəhbərliyinin vaxtında görülən işlərlə bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb.

İddia olnur ki, 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi pandemiyann yaratdığı epidemioloji vəziyyətdən başqa, həm də əvvəlki binalarla bağlı yaranan problemlərə görə ləngiyir.(Bizim.Media)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar