Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Modern dünyanın müharibə silahı raketlər deyil, rəqəmsal sistemdir - Yeni sistem daha itaətkar bir nəsil hazırlayır...

Daha demokratik və daha liberal bir dünya təqdim olunsa da, əslində, daha asan idarə oluna bilən və daha itaətkar bir nəsil hazırlanır. Bu nəsil də yenilik istədiyi üçün həqiqətən qazandığını düşünəcək. Əlindəki telefonla hər yerə çatmaqdan daha da həzz alacaq...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 5 may 2021-ci il

Bütün dəyərləndirmələri keçmiş üsullarla apardığımız üçün mövcud reallıqlardan uzaqlaşırıq. Məsələn, yeni dünya müharibəsinin top, tüfəng, bomba və süngü ilə aparıldığı düşünmək yanlışdır. Həmçinin, yeni sistem raket və nüvə enerjisi ilə də gəlmir.

Kriptovalyuta, Blockchain, Mərkəzləşdirilmiş Maliyyələşdirmə (DeFi), Nəsnələrin İnterneti kimi yeni anlayışlar həyatımıza daxil olub. Rəqəmsal əlaqələr, rəqəmsal iqtisadiyyat, rəqəmsal media, rəqəmsal qarşılıqlı əlaqə və rəqəmsal inam həyatımızın mərkəzinə çevrilib.

Xatırlayanlar bilər ki, illər əvvəl mediada ensiklopediya davaları gedirdi. Ensiklopediyalar yük maşınlarına yüklənir və kupon müqabilində oxuculara çatdırılırdı. Yüz minlərlə insan sıraya düzülürdü. Böyük şəhərlərin mərkəzlərində böyük şoular keçirilirdi. Bunlar 2000-ci illərin mənzərəsidir.

Bəs indi necədir? Ensiklopediyanın arxasınca kim gedir?

Dövlətlərin işləməsi, səmərəliliyi, və malların dəyəri tamamilə dəyişəcək. Daha demokratik və daha liberal bir dünya təqdim olunsa da, əslində, daha asan idarə oluna bilən və daha itaətkar bir nəsil hazırlanır. Bu nəsil də yenilik istədiyi üçün həqiqətən qazandığını düşünəcək. Əlindəki telefonla hər yerə çatmaqdan daha da həzz alacaq.

Halbuki insanlar öz evlərində ensiklopediya oxuyarkən heç kim onun nəyi, nə qədər oxuduğunu bilmirdi. Yeni sistemdə isə əlindəki telefonla hansı səhifələrə girdiyini, nə qədər qaldığını, nələr istehlak etdiyini, nəyi bəyənib, nəyi sevmədiyini hər an hər yerdən izləmək mümkündür.

Texnologiyanın tamamilə önə çıxdığı, bədənimizdə axan qanın sürətindən, son izlədiyimiz filmə qədər böyük məlumat bazası təşkil olunacaqdı. Bu da idarə edilməyimizi daha da asanlaşdıra bilər.

Bəs bu zaman daha xoşbəxt olacağıq? Əlbəttə ki, xeyr. Sadəcə sistem bizi belə hiss etdirəcəkdi. İşin sirri də bundadır.

ABŞ kimi borclarından qurtula bilməyən ölkələrlə rəqəmsal dünya bunu sıfırlayacaqdı.

Yeni dünya nizamı rəqəmsal bir data dünyasıdır. Məlumat gücdür və pulun yeni adıdır. Smartfonu və ya kompüteri olan hər kəs ən böyük korporasiya və ya ən güclü hökumətlər kimi məlumatlara çatmaq haqqına sahib idi. Bu nə qədər yaxşı səslənsə də, əslində, böyük izləmə sistemi üçün lazım idi. Kripto pullar da belədir. Mərkəzləşdirilməmiş sistem olaraq adlandırılan NSA (bunlar Edvard Snoudenin filmindəki mövzulardır) hər yerdə hər kəsi dinləyir və izləyirdi. Hətta bir amerikalı çoxdan “elektrik yuvasının olduğu yerdə biz varıq”, demişdi.

Bu sistemin sürətlə irəliləməsi nəticəsində bir çox dövlətin heç bir əhəmiyyəti qalmayacaqdı. Həmçinin, ordunun və əsgərin də. Bunlar datanı əlində saxlayanlar üçün çox vacib idi. Baxın, “Google”un Türkiyədə bir stulu belə yoxdur. Ancaq bütün televiziyaları, qəzetləri və saytları bir yerə toplasaq, onun qazandığını qazana bilməzlər. Qarşıdakı dövrdə artıq şirkət dövlətləri olacaq.

“Apple”, “Microsoft”, “Amazon”, “Facebook”, “Alfhabet”, “Alibaba”, “Tentcent”, “Netflix”, “Ant Financial”, “Salesforce”, “Booking Holdings”, “Paypal”, “Baidu”, “Uber”, “JD.com”, “Xiaomi”, “Airbnb”, “Meituan-Dianping” və “Toutiao” kimi şirkətlərə baxdıqda ABŞ-ın açıq bir üstünlüyə sahib olduğu görünür.

ABŞ bir tərəfdə olsa da, əks tərəfində də Çin var. Sovet İttifaqından sonra qurulan sistem rəqəmsal əsaslı, ikiqütblü dünya reallığını qarşımıza qoyur. Bulud sistemi, süni intellekt və əməliyyat sistemi yeni generallardır. Apple-Microsoft-Goog­le üçlüyü isə yeni supergücdür.

Bu yaxınlarda dediyim kimi, Fransada dövlət kimi bir ailə olaraq tanınan Dassault ciddi bir itki verib. Olivier Dassaultun helikopteri qəzaya uğrayıb. Bəs Olivier Dassault nə edirdi və onu kim narahat edirdi?

Dassaultlar “OVH” şirkətinin sahibi idi! “OVH” bazarda üstünlük təşkil edən və ABŞ nəhəngi olan “Amazon” veb xidmətləri, “Microsoft Azure” və “Google Cloud” ilə rəqabət aparırdı. Ən böyük Avropa mərkəzli Bulud xidmətləri təminatçısı idi. Həmin şirkətdə yanğın baş verib. Lakin bununla da bitməyib. Daha kəskin bir mesaj üçün sahibinin helikopteri vuruldu. Çexiyanın ən zəngin iş adamı Forbesin yayımladığı siyahılarda dünyanın ən zəngin milyarderlərindən biri olan Petr Kellner də 5G və Çinlə iş birliyi etdiyi üçün öldürüldü. ABŞ bu durumda bir tərəfinə Çini götürsə də, Avropanın rəqəmsal idarəsini kiməsə vermək niyyətində də deyil.

Bu günün ən təsirli kəşfiyyat təşkilatları artıq künc-bucaqda gördüyümüz baza stansiyalarıdır. İndi 5G-nin köməyilə bir quşun qonduğu budağı belə izləyəcəklər. Tarixdə heç bir diktatorun edə bilmədiklərini bacarırlar: yola çıxırlar və hər şeyə nəzarət edirlər. Ancaq heç kim bundan şikayətlənmir. Rəqəmsal puldan rəqəmsal mediaya qədər bütün sistemin hər addımında birinci internet var. Məqsədi də böyük nəzarəti təmin etməkdir. Həyatımızda tezliklə yer alacaq çipli peyvənd pasportunu bu sıraya əlavə etməyi unutmayın. Rəqəmsal təkamüllə koronavirusu birlikdə düşünmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar