Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimpaşa Məmmədov maralın ətini satacaqdı, ya südünü?

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır.

Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir.

Dünya mətbuatında gedən məlumatlarda maral fermalarının əsasən Yeni Zellandiya yaradıldığı qeyd olunur.

Maraqlıdır, Alimpaşa Məmmədovun maral fermasını yaratmaqda məqsədi nə imiş? O, bu heyvanların ətini, yoxsa südünü satmağı planlaşdırırmış?

Alimpaşa müəllim hazırda həbsdə olduğundan bu suallara cavabı onun öz dilindən eşitmək mümkün deyil.

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlayıb.

E.Hüseynov deyib ki, o, Yeni Zellandiyada açıq havada qurulan maral fermalarını görüb.

“Orada maral fermalarını görmüşəm. Onlar açıq havada ilboyu daim çöllərdə saxlanılır. Maral ətinə bir çox ölkələrdə tələbat var. O cümlədən maral dərisindən də istifadə olunur. Xüsusi maral növləri var ki, onların buynuzunun içərisindəki ilikdən dərman hazırlanır.

Alimpaşanın fermasındakı maralları ətlik üçün saxlayırdılarsa, güman edirəm ki, onları elit restoranlara verəcəkdilər və ya dəriisndən istifadə edərək, ətliyə çeviriləcəkdi.

Əgər ölkəmizdə ayını 1 milyona alıb yeyən adam varsa, demək ki, maralı yeyənlər daha çox olar. Çünki ayının özü maral yeyir. Ayını yeyən maralı göydən düşmə kimi yeyər. Ölkəmizdə elə adamlar varsa, deməli maral ətinə də tələbat olub.

Bu vaxta kimi maral əti yeməmişəm. Dadını da bilmirəm. Güman edirəm ki, normal bir ətdir. Düşünürəm ki, Alimpaşa Məmmədov maralı mütləq biznes məqsədi ilə saxlayıb. Hesab etmirəm ki, onun fermasında dərman hazırlanan maral növü ola..

Qida Təhlükəsizlik Agentliyi bu fermadan xəbərsiz olmaya bilməz. Qida zəncirində iştirak edən bütöv subyektlər Qida Təhlükəsizlik Agentliyində qeydiyyata daxil olmalıdır. Onlar maraldan hansı məqsədlər üçün istifadə edildiyini daha yaxşı bilərlər”.

Qida Təhlükəsizlik Agentliyinin məsələyələ bağlı mövqeyini öyrənə bilmədik…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar