Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya və asosiallıq: “Clubhouse”də əyləncəsi bitdimi?

Pandemiya dövründə asosial hala gələn insanların söhbət və kommunikasiya ehtiyaclarına cavab verən “Clubhouse”un düşməsi, elə onun yüksəlişi qədər sürətli oldu...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 30 aprel 2021-ci il

Evdən işləmək və onlayn təhsil kimi bəzi həyat tərzlərinin epidemiya dövrünə xas olduğunu və epidemiya bitdikdən sonra yenidən düşünüləcəyini bildiyimiz kimi, eyni şəkildə epidemiya dövründə populyar olan bəzi sosial media tətbiqlərinin epidemiyadan sonra tərk edilmə ehtimalı olduğunu da bilirdik.

Qərb dünyasında peyvəndləmə işləri davam etdikcə və normal həyata keçid siqnalları verildikcə epidemiya dövründə populyar olan bəzi sosial media tətbiqlərinin populyarlığı da get-gedə azalır. Bu baxımdan ən diqqətçəkən hadisə son dövrün məşhur platforması olan “Clubhouse” tətbiqində baş verir.

2020-ci ilin martında istifadəyə verilən “Clubhouse” tətbiqini­n əvvəlcə ancaq yüzlərlə istifadəçisi var idi. Tətbiqin ilk buraxılış müddətindən iki ay sonra dəyəri 100 milyon dollar olaraq hesablandı. Dəvət kodu ilə daxil olunan və mövzulara görə ayrılmış otaqlarda insanlarla söhbət etmək imkanı yaradan bu tətbiq qlobal populyarlığı sayəsində qısa müddətdə 1 milyard dollar dəyərinə çatıb. Bu ay edilən son hesablamaya görə isə epidemiya dövründə populyar olan bu sosial media tətbiqinin dəyəri 4 milyard dollara çatıb.

Təqlid edənlər də ortaya çıxdı

Epidemiya dövründə asosial hala gələn insanların söhbət və kommunikasiya ehtiyaclarına cavab verən, qlobal dəvət yoluyla insanların söhbət otaqlarında iştirak etməsinə şərait yaradan bu şəbəkəni təqlid edən bir çox başqa tətbiqlər də ortaya çıxıb. Hətta “Facebook, “Twitter”, Reddit” və “Spotify” da “Clubhouse” modelini təqlid edən tətbiqlərə daxil olub.

Dəvət kodları belə satılırdı

Uğuru kopyalanan Clubhouse bir ara o qədər populyar oldu ki, söhbət otaqlarına qoşulmaq üçün dəvət kodları “Ebay”da yüzlərlə dollara satılırdı. Bu uğura görə “New Yorker” jurnalı “Clubhouse” fenomenini araşdırdığı bir məqaləyə “Adam, sanki, bir əyləncəyə qoşulduğunu hiss edir” başlığını vermişdi.

Mən də normal həyata keçməyimizlə bu “Clubhouse” fenomenin­in populyarlığının sona çatacağını izah etməyə çalışaraq bu məqaləyə “Clubhouse əyləncəsi bitdi?” başlığını yazdım.

Eniş başladı

“Business Insider” saytının son dəyərləndirməsinə görə, bir vaxtlar ən çox yüklənən sosial media tətbiqlərindən biri olan “Clubhouse”un populyarlığının sürətlə azalmağa başladığı görülür. İOS tətbiq mağazasına baxdıqda fevral ayında bir ayda 9 milyon 600 min dəfə yüklənən bu tətbiqin, artıq ayda bir milyondan daha az yüklənildiyi görünür. Əvvəl yüklənən sosial media tətbiqləri siyahısında ilk sırada yer alan “Clubhouse”, indi bu siyahıda 23-cü yerdədir.

Peyvəndləmə geniş vüsət aldıqca və normal yaşayışa bənzəyən bir həyat qəbul edildikcə insanların onlayn sosiallaşma əvəzinə, yenidən fiziki sosiallaşmaya keçmələri təəccüblü heç deyil. Lakin, görünür, Clubhouse-un düşməsi, elə onun yüksəlişi qədər sürətli oldu. Beləliklə, Clubhouse əyləncəsi başa düşdüyünüz kimi, həqiqətən də artıq bitib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Clubhouse Twitter

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar