Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
PİA.az-ın xəbərinə görə, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.
Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.
***
Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilir.
PİA.az-ın xəbərinə görə, geniş məlumat verildikdən sonra deputatlar məsələ haqqında fikirlərini bildirəcəklər.
Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçiləcək. Bununla da MSK yenidən formalaşdırılacaq.
Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır:
Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Surəddin Hümbətov (ehtiyat üzv)
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Aydın Muradov (ehtiyat üzv)
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Niyaməddin Orduxan (ehtiyat üzv).
***
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.
“Report”un əldə etdiyi məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.
Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.
Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək.
pia.az